Layihə üzrə aparıcı / baş mütəxəssis

Elanın vaxtı bitmişdir
795 baxış

📍Sənayecihaz Elmi-İstehsalat Müəssisəsi

 

📌Hazırda Biznes proseslərinin idarə edilməsi şöbəsində "Layihə üzrə aparıcı / baş mütəxəssis" vakansiyası çərçivəsində karyera imkanı mövcuddur.

📊 Layihə üzrə aparıcı / baş mütəxəssis

Tələblər:


• Ali təhsil (Sənaye mühəndisliyi, Layihələrin idarə olunması, Biznesin idarə edilməsi, İqtisadiyyat və ya İT);
• İstehsalat və ya iri həcmli biznes strukturlarında proses layihələrinin idarə olunmasında minimum 4-5 il təcrübə;
• PMP, CAPM, Lean Six Sigma (Green/Black Belt) və ya BPMN sertifikatlarının olması üstünlükdür;
• PMBOK, Agile/Scrum, Waterfall metodologiyaları üzrə praktiki biliklər.
• BPMN 2.0, Lean Manufacturing , 5S, Kaizen təcrübəsi;
• MS Office, MS Project, MS Visio və ERP sistemləri (1C) üzrə biliklər;
• Problem həll etmə , təşəbbüskarlıq və nəticəyönümlülük bacarıqları.
 

Vəzifə Öhdəlikləri :


• Biznes proseslərinin təkmilləşdirilməsi layihələrinin nizamnaməsini (Project Charter), əhatə dairəsini (Project Scope), zaman qrafikini və resurs ehtiyaclarını müəyyən etmək;
• İstehsalat sahələrinin aidiyyəti əməkdaşlarından ibarət layihə komandalarının işini əlaqələndirmək;
• İstehsalat, təchizat, satış, anbar və baş ofis proseslərində layihə çərçivəsində mövcud vəziyyəti ("As-Is") analiz etmək, zəif tərəfləri və riskləri aşkar etmək;
• Optimallaşdırılmış gələcək proses modellərini ("To-Be") layihə həlli kimi layihə komandası ilə birlikdə hazırlamaq və rəhbərliyə təqdim etmək;
• Layihə qrafikinə, büdcəyə və keyfiyyət standartlarına əməl olunmasına nəzarət etmək;
• Layihə risklərini öncədən müəyyənləşdirmək, risklərin azaldılması planlarını hazırlamaq və icra etmək;
• Layihə icrası zamanı yaranan problemləri və uyğunsuzluqları operativ şəkildə həll etmək;
• Proseslərin avtomatlaşdırılması (ERP, BPM sistemləri) layihələrində Biznes Analitik / Layihə Nümayəndəsi kimi çıxış etmək;
• Biznes tələbləri sənədini (BRD) və Texniki Tapşırıqları tərtib etmək, İT komandası və ya xarici podratçılarla sıx əməkdaşlıq etmək;
• Avtomatlaşdırma layihələrinin test mərhələsini (UAT) təşkil etmək və sistemin istifadəyə verilməsini təmin etmək;
• Yeni proseslərin istehsalatda uğurla tətbiq olunması üçün Dəyişikliklərin İdarə edilməsi;
• Layihələrin statusu üzrə dərəcəli (həftəlik/aylıq) status hesabatlarını  və layihə bitdikdə yekun hesabatı hazırlamaq.

📩Müraciət:
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçt ünvanına göndərərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində "Layihə üzrə aparıcı mütəxəssis" və ya "Layihə üzrə baş mütəxəssis" qeyd etməyiniz xahiş olunur.

Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Bakı
İş kateqoriyası:İnzibati
Son müraciət tarixi:2026-08-30
Vəzifə dərəcəsi:Mütəxəssis
Elan paylaşılıb:01/08/2026
Maaş müzakirəyə əsasən

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 300 vakansiyanı gör