Layihə rəhbəri

Elanın vaxtı bitmişdir
770 baxış

Təsvir

  • Layihə idarəetmə standartlarına (PMI - PMBOK) uyğun olaraq müəyyən edilmiş çərçivə (framework) daxilində layihə proseslərinin effektiv icrası, monitorinqi və təkmilləşdirilməsində iştirak etmək , bütün layihələr üzrə vahid tətbiqinə nəzarət edilməsi;
  • Layihə sənədləri, şablonlar, prosedurlar və metodologiyaların hazırlanması və təkmilləşdirilməsi;
  • Layihə komandalarına metodoloji dəstək göstərmək, mentorluq etmək və təlimlərin keçirilməsi;
  • Öyrənilmiş dərslər (Lessons Learned) sessiyalarının təşkili və proseslərin təkmilləşdirilməsi;
  • Layihə performansının, risklərin və uyğunluğun monitorinqi və rəhbərliyə hesabatların təqdim edilməsi;
  • Rəhbərlik üçün aydın göstəricilər panelinin (dashboard), hesabatların və icraedici təqdimatların hazırlanması;
  • Rəhbərlik və dövlət qurumları üçün qısa, dəqiq və nəticəyönümlü təqdimatların edilməsi;
  • Struktur bölmələr və maraqlı tərəflər ilə sıx əməkdaşlıq edərək layihə məqsədlərinin təşkilati strategiya ilə uyğunluğunun təmin edilməsi;
  • Çoxvendorlu layihələrin idarə olunması, beynəlxalq təchizatçılar, dövlət qurumları və daxili komandalar arasında asılılıqların koordinasiyası;
  • Risk, dəyişiklik və problem idarəetmə proseslərinin tam nəzarətdə saxlanılması;
  • Müqavilə şərtləri, satınalma mərhələləri və ödəniş proseslərinin izlənməsi;
  • Agile, Waterfall və Hybrid metodologiyaların tətbiqi və uyğunlaşdırılması.

Tələblər

 

  • Ali təhsil (Biznesin idarəedilməsi, Layihə idarəetməsi, Mühəndislik, İT və ya əlaqəli sahələr üzrə);
  • PMP sertifikatı – mütləqdir;
  • Agile sertifikatları (PMI-ACP, SAFe, Scrum Master) üstünlükdür;
  • Minimum 4–5 il layihə idarəetmə və PMO təcrübəsi;
  • Dövlət və ya korporativ mühitdə layihələrin idarə olunması üzrə təcrübə;
  • Böyükhəcmli və çoxvendorlu layihələrdə praktiki təcrübə;
  • Layihə komandasının idarə olunmasında güclü kommunikasiya bacarığı;
  • Birdən çox müxtəlif maraqlı tərəflərlə paralel işləmək və effektiv koordinasiya aparmaq bacarığı;
  • Risklərin, problemlərin (issues) və dəyişikliklərin (change) idarə olunması sahəsində praktiki təcrübə;
  • Analitik düşünmə, düzgün qərarvermə və məsuliyyətli yanaşma;
  • Yüksək səviyyəli yazılı və şifahi ünsiyyət bacarığı, təqdimat hazırlamaq qabiliyyəti;
  • Layihə idarəetmə alətləri (MS Project, Jira, Primavera,Asana və s.) üzrə yüksək səviyyədə istifadə;
  • Teams , Google Sheets, Smartsheet ve oxşar alətlərlə aktiv işləmə bacarığı;
  • Azərbaycan və İngilis dili – yüksək səviyyədə , Türk və Rus dili üstünlükdür.
Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Bakı
İş kateqoriyası:İnzibati
Son müraciət tarixi:2026-02-15
Vəzifə dərəcəsi:Mütəxəssis
Elan paylaşılıb:01/01/2026
Maaş müzakirəyə əsasən

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 372 vakansiyanı gör