Kreditlərinin təhlili və nəzarəti üzrə mütəxəssis

Elanın vaxtı bitmişdir
250 baxış

Təsvir

·     Layihələrin maliyyələşdirilməsi məqsədilə biznes kreditlərinin əldə edilməsi üçün Banka daxil olan müraciətlərə baxmaq, aparılmış maliyyə-iqtisadi təhlilin tamlığını yoxlamaq, kredit sifarişinin bütün tələb olunan sənədlərlə birlikdə bankdaxili qaydalara uyğun olaraq müvafiq səlahiyyətli kredit komitəsinin iclasının müzakirəsinə çıxarmaq üçün rəy hazırlamaq;

·     Layihə maliyyələşdirilməsi kreditləşməsinin bütün mərhələlərində prosesinin gedişatını izləmək, layihənin gedişatını nəzarətdə saxlamaq və zərurət olduqda müştərilərlə görüşlər keçirmək;

·     Bank tərəfindən maliyyələşdirilən layihələr ilə əlaqəli olan aktivin, o cümlədən həmin aktivin yaratdığı gəlirlər, həminçinin, layihələr üzrə kredit öhdəliklərinin icrası üçün yetərli pul axınları üzərində mütəmadi olaraq nəzarəti həyata keçirmək;

·     Layihənin inkişaf mərhələlərinin, proqnozlaşdırılan bütün xərclərinin, habelə əməliyyat fazasının əhatə olunduğu biznes plana uyğun olaraq layihənin icrasını nəzarətdə saxlamaq;

·     Layihənin icrası üçün layihəçi, podratçı və layihənin icrasında iştirak edən digər şəxslərlə müqavilələrin (niyyət protokolunun və ya digər razılaşma sənədinin), layihə üzrə zəruri olan bütün icazə və digər hüquqmüəyyənedici sənədlərin tamlığını yoxlamaq və layihə maliyyələşdirilməsi kreditləri üzrə vəsaitlərin yalnız tələb olunan icazə və digər hüquqmüəyyənedici sənədlər Banka təqdim edildikdən sonra verilməsinə nəzarət etmək;

·     Layihə maliyyələşdirilməsi kreditlərinin Bankın əməliyyat sistemində düzgün təsnifləşdirilməsinə nəzarət etmək;

·     Layihə maliyyələşdirilməsi kreditlərinin Mərkəzi Bankın müvafiq kreditlərin prudensial tənzimlənməsi qaydalarına uyğun rəsmiləşdirilməsinə nəzarət etmək;

·     Şöbənin fəaliyyəti ilə əlaqədar İdarə rəisi/müavin(lər)nin verdiyi, həmçinin, iş prosesi zamanı yaranan digər tapşırıqları yerinə yetirmək. 

 

Tələblər

·     İqtisadiyyat, maliyyə və bank işi sahəsində ali magistr təhsili;

·     Biznes kreditləri, o cümlədən layihə maliyyəşdirilməsi kreditləri üzrə təhlil bacarığı və bu sahədə iş təcrübəsi;

·     Bankda Kredit sahəsində (Biznes kreditləri sahəsində iş təcrübəsi arzuolunandır) minimum 3 il iş təcrübəsi;

·     Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;

·     Analitik düşüncə və detallara fikir vermə qabiliyyəti;

·     Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);

·     Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;

·     Yüksək qavrama və öyrənmə qabiliyyəti;

·     Xarici dil bilikləri (rus və ingilis) arzuolunandır.

Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Bakı
İş kateqoriyası:Maliyyə
Son müraciət tarixi:2025-06-12
Vəzifə dərəcəsi:Mütəxəssis
Elan paylaşılıb:28/05/2025
Maaş müzakirəyə əsasən

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

"Qarant Kredit Lombard" MMC

Təcrübə proqramı - Kredit mütəxəssisi

"Qarant Kredit Lombard" MMC

Razılaşma ilə
20 okt
1450
B

Biznes kreditlər üzrə Təcrübə proqramı (Xırdalan)

Vakansiyalar

Minimum 400
Dünən
85
B

Mikro və aqro kreditlər üzrə kiçik mütəxəssis/mütəxəssis

Vakansiyalar

Razılaşma ilə
30 sen
1109
K

Kredit mütəxəssisi

BrendLombard

600 — 2000
13 okt
943
H

Hesabatlılıq üzrə aparıcı mütəxəssis

Vakansiyalar

Razılaşma ilə
1 okt
949
D

Daxili audit şöbəsinin müdiri

Vakansiyalar

Razılaşma ilə
6 okt
722
A

Bank fəaliyyətinə dəstək bölməsinin müştəri bələdçisi (Samux)

Vakansiyalar

Razılaşma ilə
28 sen
1286
R

Təcrübəçi / Kiçik mühasib

Vakansiyalar

Razılaşma ilə
Dünən
229
Bütün 372 vakansiyanı gör