Kopirayter / Kontent üzrə mütəxəssis

Elanın vaxtı bitmişdir
1196 baxış
📍Leadlab Agency


Biz yalnız post mətnləri yazan yox, ideya düşünən, trendləri anlayan və onları brendlərə uyğunlaşdırmağı bacaran kopirayter axtarırıq. Standart şablonlarla işləyən deyil, kontentə real dəyər qatan və düşünən mütəxəssislər müraciət edə bilərlər.

Öhdəliklər:

  • Əməkdaşlıq etdiyimiz brendlərin sosial media kanalları üçün kontent strategiyasının hazırlanmasında iştirak
  • Sosial media postları üçün description və caption-ların yazılması
  • Reels və TikTok videoları üçün ssenarilərin hazırlanması
  • 2D motion, 3D və animasiya videoları üçün skriptlərin yazılması
  • Reklam çarxları üçün ssenari və mətnlərin yazılması
  • Brend tonunun qorunması və kontentlərə adaptasiyası
  • Kreativ konsept və kommunikasiya təqdimatlarının hazırlanmasında iştirak
  • Aylıq kontent planlarının hazırlanması və icrasına nəzarət
  • Kreativ vizualizasiya komandası ilə koordinasiyalı işləmək
  • Çəkilişlər zamanı ssenarilərin düzgün icrasına nəzarət etmək

Tələblər:

  • Azərbaycan dilində yüksək səviyyədə yazı bacarığı
  • Copywriting və kontent menecmenti üzrə təcrübə
  • Sosial media platformalarının iş prinsipini anlamaq
  • Deadline-larla işləmə və məsuliyyətli yanaşma

İş qrafiki:

  • 5 günlük iş həftəsi, 09:30 - 18:30
  • Performansa əsaslanan aylıq və rüblük bonuslar
  • Full-time, ofisdən iş (freelance və remote qəbul olunmur)

Maraqlanan namizədlərdən xahiş olunur ki, CV ilə yanaşı portfolio və ya copywriting nümunələrini (sosial media postları, video ssenariləri, reklam mətnləri və s.) Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.

Qeyd: Portfolio təqdim olunmayan müraciətlər nəzərə alınmayacaq.
 

Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Bakı
İş kateqoriyası:Marketinq
Son müraciət tarixi:2026-02-24
Vəzifə dərəcəsi:Mütəxəssis
Elan paylaşılıb:26/01/2026
Maaş müzakirəyə əsasən

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 372 vakansiyanı gör