Kiber təhlükəsizlik üzrə aparıcı mühəndis / Socar

Elanın vaxtı bitmişdir
1086 baxış

Ümumi məlumat:

 

İstehsalat texnologiyalarının kiber təhlükəsizlik prosesləri və müvafiq şəbəkə komponentlərinin təhlükəsizliyi, təhlükəsizlik komponentlərinin idarə olunması və İB-nin qurğularında müvafiq layihələrin hazırlanması, həyata keçirilməsi və idarə olunması üzrə məsuliyyət daşıyır. Kiber təhlükəsizlik və istehsal sistemləri proqramı proseslərinə texniki dəstək verir və layihələrdə aktiv rol oynayır. Sənaye standartları çərçivəsində sistemlərin layihələndirilməsi proseslərinin yerinə yetirilməsi üçün məsuliyyət daşıyır.

 

Vəzifə öhdəlikləri:

Şəbəkə, istehsalat texnologiyaları (İT) və sənaye nəzarət sistemləri (SNS) üçün təhlükəsizlik tədbirlərinin hazırlanması, yerinə yetirilməsi və idarə edilməsi;

Təhdid və zəifliklər üçün təhlükəsizlik sistemlərinə nəzarət edilməsi və təhlükəsizlik hadisələrinə qarşı cavab tədbirlərinin vaxtında görülməsi;

Qabaqcıl sənaye təcrübələrinə uyğun olaraq təhlükəsizlik siyasətinin, prosedurların və standartlarının işlənib hazırlanması və müntəzəm yenilənməsi;

Təhlükəsizlik risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi, müəyyən nəzarət tədbirlərinin tövsiyə edilməsi və həyata keçirilməsi üçün digər şöbələrdən olan qruplar ilə əməkdaşlıq edilməsi;

Ən son texnologiyalardan və təhlükəsizlik sahəsində yeniliklər barədə məlumatlılıq və təşkilatın təhlükəsizlik vəziyyətinin davamlı qiymətləndirilməsi və təkmilləşdirilməsi;

Təhlükəsizlik mülahizələrinin bütün istehsalat fəaliyyətlərinin planlaşdırılması və icrasına inteqrasiya olunmasını təmin etmək üçün təşkilatın bütün səviyyələrində maraqlı tərəflərlə əməkdaşlıq edilməsi;

Qeyri-texniki maraqlı tərəflərə mürəkkəb təhlükəsizlik konsepsiyaları və risklər barədə məlumat verilməsi və təhlükəsizlik sahəsində qabaqcıl təcrübələr ilə bağlı işçi heyəti üçün təlimlərin təşkil edilməsi;

İstehsalat texnologiyalarının kiber təhlükəsizlik komponentlərinin (AWL, IPS, IDS, Siem, anomaliyaların aşkarlanması və s.),quraşdırılması və idarə edilməsi, zəruri hallarda texniki qulluq, istismar, rezervləşdirmə, yenilənmə işlərinin şəxsən aparılması;

İstehsalat texnologiyaları qurğularının sistemlərində düzəliş (patch) və yeniləmə komponentlərinin istismara verilməsinin təmin edilməsi, bu proseslərin standartlar daxilində planlaşdırılması və həyata keçirilməsi;

İstehsalat texnologiyalarının kritik infrastrukturu və nəzarət sistemlərinin infrastrukturları ilə əlaqəli kiber təhlükəsizlik proseslərinin izlənilməsi, texnologiyada yeniliklərə uyğun olaraq tələblərin təklif edilməsi, müvafiq layihələrin idarə edilməsi;

İT qrupları ilə sıx əməkdaşlıq, növbəti tədbirlər barədə məlumatlılıq, kiber təhlükəsizlik qruplarının layihələrində fəal iştirak;

Tələblər:

Kompüter elmləri, informasiya texnologiyaları və ya əlaqəli sahədə bakalavr dərəcəsi;

Kiber təhlükəsizlik sahəsində 5 ildən artıq təcrübə;

Brandmauer, müdaxilə aşkaretmə sistemləri (MAS), şifrələmə və şəbəkə təhlükəsizlik protokolları kimi kiber təhlükəsizlik texnologiyaları sahəsində güclü biliklər;

Nist, ISO 27001/27019, IEC 62443, API 1164 kimi təhlükəsizlik məlumatları və hadisələrinin idarə edilməsi (SİEM) alətləri və müxtəlif təhlükəsizlik infrastrukturu ilə təcrübə;

CİSSP (Məlumatların təhlükəsizliyi sistemləri üzrə sertifikatlaşdırılmış mütəxəssis) və ya CEH (sertifikatlaşdırılmış etik haker) kimi kiber təhlükəsizlik sertifikatlarının olması arzuolunandır.

Vakansiya Azərbaycan vətəndaşları və ya Azərbaycanda daimi yaşayış yeri olan şəxslər üçün nəzərdə tutulub. Elan edilmiş vakansiya üçün bütün uyğun müraciətlər dəyərləndiriləcək və onlara bərabər imkanlar veriləcəkdir.
Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Bakı
İş kateqoriyası:İT
Son müraciət tarixi:2025-05-07
Vəzifə dərəcəsi:Aparıcı mütəxəssis
Elan paylaşılıb:07/05/2025
Maaş müzakirəyə əsasən

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Div Academy

Cybersecurity Instructor

Div Academy

Razılaşma ilə
10 okt
805
İ

İT Təhlükəsizlik Departamenti, Kiber təhlükəsizlik şöbəsi Nüfuzetmə testləri üzrə kiçik mütəxəssis (Junior Penetration Tester)

Vakansiyalar

Razılaşma ilə
14 okt
1899
B

İnformasiya Təhlükəsizliyi Departamentində Təcrübə proqramı (Penetration testing)

Vakansiyalar

Razılaşma ilə
5 okt
1582
İ

İT üzrə mütəxəssis (Helpdesk) - (Naftalan)

Vakansiyalar

Razılaşma ilə
Dünən
248
İ

İT üzrə mütəxəssis (Helpdesk) - Şamaxı şəhəri

Vakansiyalar

Razılaşma ilə
24 okt
716
J

Junior ERP Support Specialist

Vakansiyalar

600 — 800
3 okt
1110
I

IT Təcrübəçi (Tərtər)

Vakansiyalar

Razılaşma ilə
5 okt
1805
M

Proqram təminatının testi və keyfiyyətinə nəzarət üzrə aparıcı mütəxəssis

Vakansiyalar

Razılaşma ilə
Dünən
81
Bütün 372 vakansiyanı gör