Keyfiyyətə Nəzarət üzrə mütəxəssis (QC İnspector)

Elanın vaxtı bitmişdir
909 baxış
📍Core Construction


Öhdəliklər:

  • Şirkətə daxil olan material və avadanlıqların keyfiyyət və dizayn tələblərinə uyğun olmasını təmin etmək;
  • Keyfiyyətə və keyfiyyətin idarəedilməsi planının və prosedurunun hazırlanması, prosesə nəzarət edilməsi;
  • MAR.MRİ,NFİ,NCR və s. kimi Keyfiyyətə Nəzarət sənədlərinin hazırlanması ;
  • Keyfiyyətə dair müvafiq sənədləri podratçı, təchizatçı və digər aidiyyatı şəxslərə təqdim edib keyfiyyətin riayət edilməsinə nəzarət edir;
  • Təmir və tikinti fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılmasının təmin edilməsi, uyğunluğun ölçülməsi məqsədilə mütəmadi yoxlama qrafikinin tərtib edilməsində və yoxlama prosesinin təşkilində iştirak etmək;
  • Tikinti sahəsində görülən inşaat işlərinə, proseslərə və texniki  xidmət işlərinə nəzarəti həyata keçimək;
  • Tikinti-quraşdırma işlərinin plana, işçi cizgilərinə və normativ sənədlərə uyğun yerinə yetirilməsinə nail olmaq;
  • Tikinti-quraşdırma işlərinin "İcraat Bəyanatı"-na (Method Statement) görə yerinə yetirilməsinə nəzarət etmək;
  • Daxil olan tikinti materiallarının və konstruksiyaların mənşə və keyfiyyəti təsdiq edən sənədlərinə yoxlamanı  təmin etmək;
  • İnşaat sahəsi üzrə texnoloji proseslərdə keyfiyyətə neqativ təsir edən amilləri müəyyənləşdirmək və bununla  bağlı Departament rəhbərliyinə səmərəli təkliflərlə çıxış etmək;
  • Tikinti sahəsində yerləşən bütün materialların saxlanma şəraitinə və layihə tələblərinin uyğunluğuna nəzarəti təmin etmək;

Namizədə tələblər:

  • Ali təhsil ;
  • Tikinti sahəsində ( Metal Konstruksiya)  iş təcrübəsi ;
  • Normativ sənədlər, siyasət, prosedur və metodoloji sənədlərlə işləmə bacarıqları;
  • Yüksək səviyyədə analitik-riyazi biliklər;
  • Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;
  • İnşaat norma və qaydalarını bilməlidir;
  • İşə planlı yanaşma, vaxtıidarəetmə bacarıqları.

İş barədə məlumat:

  • İş yeri: Bakı Sea Breeze
  • Əmək haqqı işçinin bilik səviyyəsinə uyğun müsahibə əsasında müəyyən ediləcək.

CV-lərinizi “Keyfiyyətə Nəzarət üzrə mütəxəssis (QC İnspector)” başlığı altında Müraciət Et düyməsində göstərilən mail-ə göndərməyiniz xahiş olunur.
 

Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Bakı
İş kateqoriyası:İnzibati
Son müraciət tarixi:2026-02-28
Vəzifə dərəcəsi:Mütəxəssis
Elan paylaşılıb:31/01/2026
Maaş müzakirəyə əsasən

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 372 vakansiyanı gör