Keyfiyyətə nəzarət üzrə mütəxəssis (Beyləqan)

Elanın vaxtı bitmişdir
462 baxış

Təsvir

  • Müəssisənin istehsal etdiyi məhsulların keyfiyyətinə nəzarətin aparılması;
  • Məhsulun yüksək texniki səviyyəsi və keyfiyyətinin təmin edilməsi üzrə işlərin təşkil edilməsi;
  • Müəssisəyə daxil olan ehtiyatların yoxlanılması, onların keyfiyyətlərinin standart və texniki şərtlərə uyğunluğu barədə rəylərin hazırlanması;
  • İstehsalat prosesinin bütün mərhələlərində xammalın, hazır məhsulun müştərilərə göndərilənədək müəssisənin bölmələrində və anbarlarda saxlanmasının düzgünlüyünə nəzarətin təmin edilməsi;
  • Məhsulun keyfiyyətinin yüksəldilməsi üzrə keyfiyyətin idarəedilməsi sisteminin, nəzarət əməliyyatlarının mexanikləşdirilməsi və avtomatlaşdırılmasını nəzərdə tutan daha mükəmməl nəzarət metodlarının yaradılması, məhsulun qüsursuz təhvili sistemlərinin tətbiqi üzrə tədbirlərin işlənib hazırlanması;
  • Keyfiyyətsiz məhsulların, onların səbəblərinin və məsul şəxslərin uçotunun aparılması;
  • Qüsurlu iş və ya materialların düzəldilməsinin və ya dəyişdirilməsinin tələb edilməsi;
  • Ümumi keyfiyyət sisteminin yaradılması, tətbiqi və nəzarət olunması;
  • Keyfiyyətə nəzarət prosedurlarının tətbiq edilməsi;
  • Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatların hazırlanaraq təqdim edilməsi.

Tələblər

📚 Normativ və metodoloji biliklər:

  • Məhsulun keyfiyyətinin idarə edilməsinə dair metodik və normativ sənədləri;
  • Keyfiyyətin yüksəldilməsinin planlaşdırılması metodlarını və müəssisənin istehsal texnologiyasını;
  • Keyfiyyət sahəsində verilmiş xidməti tapşırıqlar, sərəncamlar və rəhbər göstərişlər üzrə fəaliyyət prinsiplərini;
  • İqtisadiyyat, əmək və istehsalatın təşkili üzrə baza biliklərini;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarını.

 

🏭 İstehsalat və texnoloji proseslə bağlı biliklər:

  • Filiallarda buraxılan məhsulun texnoloji rejimini və tətbiq olunan proses ardıcıllığını;
  • Xam pambığın qəbulu və emalı ilə bağlı dövlət standartları və normativ sənədləri.

 

🏢 Şirkətə dair biliklər:

  • Prime Cotton şirkətinə dair aidiyyəti olan İdarəetmə prinsipləri, Əsasnamələr, Çalışma əsasları və daxili qaydaları;
  • Şirkətin tətbiq etdiyi ümumi keyfiyyət idarəetmə sistemləri və uyğunluq standartları.

 

⚙️ Texniki və praktiki bacarıqlar:

  • İstifadə etdiyi cihaz və avadanlıqların texniki qulluğunu yerinə yetirmək bacarığı;
  • Cihaz və avadanlıqların montajı, yenidən qurulması və sazlanması üzrə praktik vərdişlər;
  • Ölçmə, sınaq və keyfiyyətə nəzarət proseslərində avadanlıqlardan düzgün istifadə etmək və nasazlıqları müəyyən edə bilmək bacarığı.
Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Beyləqan
İş kateqoriyası:İnzibati
Son müraciət tarixi:2025-09-07
Vəzifə dərəcəsi:Mütəxəssis
Elan paylaşılıb:08/08/2025
Maaş müzakirəyə əsasən

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

K

Keyfiyyətə nəzarət üzrə mütəxəssis

Vakansiyalar

Minimum 1400
10 okt
1258
P

Keyfiyyətə nəzarət üzrə mühəndis (Qarabağ)

Vakansiyalar

Razılaşma ilə
8 okt
2898
K

Keyfiyyətə nəzarət üzrə kiçik mütəxəssis (Ağdam)

Vakansiyalar

Razılaşma ilə
7 okt
3149
S

Keyfiyyətə Nəzarət üzrə müfəttiş (Qeyri-qida istehsalı)

Vakansiyalar

Razılaşma ilə
18 okt
539
H

HSE Manager

Vakansiyalar

Razılaşma ilə
26 okt
577
T

TƏQAÜDLÜ HR TƏCRÜBƏ PROQRAMI

Vakansiyalar

Razılaşma ilə
6 okt
1862
İ

İnsan Resursları üzrə mütəxəssis

Vakansiyalar

Razılaşma ilə
14 okt
1194
Z

Sətəm üzrə aparıcı mütəxəssis

Vakansiyalar

Razılaşma ilə
2 okt
1379
Bütün 372 vakansiyanı gör