IT Helpdesk Mütəxəssisi(Zaqatala)

Elanın vaxtı bitmişdir
1985 baxış

📍Tabaterra MMC

 

Təsvir

  • Əməkdaşlara texniki dəstək göstərmək, hardware, proqram təminatı, şəbəkə və sistemlərlə bağlı problemləri müəyyənləşdirməsi və aradan qaldırılması;
  • İT dəstək müraciətlərini qəbul etmək, qeydiyyata almaq, prioritetləşdirmək və müəyyən edilmiş prosedurlara uyğun olaraq vaxtında həllinin təmin edilməsi;
  • Kompüter, noutbuk, printer, skaner, daxili telefonlar və digər İT avadanlıqlarının quraşdırılması, sazlanması və texniki xidmətinin həyata keçirilməsi;
  • Şirkətin siyasət və prosedurlarına uyğun olaraq istifadəçi hesablarının, giriş hüquqlarının, parolların və sistem icazələrinin yaradılmasının və idarə edilməsinin təmin edilməsi;
  • Şəbəkə bağlantısı, Wi-Fi, VPN, elektron poçt, Microsoft 365 və digər istifadə olunan biznes tətbiqləri ilə bağlı texniki problemlərin həll edilməsi;
  • İşə qəbul və işdən çıxış proseslərində İT dəstəyini təmin etmək, zəruri avadanlıqları, istifadəçi hesablarını və sistem girişlərinin hazırlanması;
  • İT avadanlıqlarının vəziyyətinə və mövcudluğuna nəzarət etmək, hardware və software aktivləri üzrə dəqiq uçotun aparılması;
  • Proqram təminatlarının quraşdırılması, yenilənməsi və İT avadanlıqlarının profilaktik texniki xidmətinin həyata keçirilməsi;
  • Daha mürəkkəb texniki problemləri müvafiq İT komandalarına və ya xarici xidmət təminatçılarına yönləndirmək və problemin həllinə qədər prosesin izlənilməsi;
  • Zərurət yarandıqda görüşlər, təlimlər, təqdimatlar və digər şirkət tədbirləri zamanı texniki dəstəyin göstərilməsi;
  • İT təhlükəsizliyi siyasət və prosedurlarına riayət olunmasını təmin etmək və müəyyən edilmiş təhlükəsizlik və ya giriş problemləri barədə məlumat verilməsi;
  • İT ilə bağlı sənədləri, istifadəçi təlimatlarını, avadanlıq reyestrlərini və texniki dəstək qeydlərinin hazırlanması və yenilənməsi;
  • İT dəstək proseslərinin davamlı təkmilləşdirilməsində iştirak etmək və Zaqatala sahəsində səmərəli və istifadəçi yönümlü İT mühitinin formalaşdırılmasına töhfə verilməsi.

 

Tələblər

  • İnformasiya texnologiyaları, kompüter elmləri, informasiya sistemləri və ya əlaqəli sahə üzrə ali təhsil.
  • İT dəstək, helpdesk və ya oxşar texniki dəstək sahəsində ən azı 1–2 il iş təcrübəsi;
  • Windows əməliyyat sistemləri, Microsoft Office/Microsoft 365 və geniş istifadə olunan biznes tətbiqləri üzrə yaxşı biliklər;
  • Kompüter avadanlıqları, şəbəkə, TCP/IP, LAN/WAN, Wi-Fi və texniki problemlərin diaqnostikası üzrə əsas biliklər;
  • Kompüter, noutbuk, printer və digər periferiya avadanlıqlarının quraşdırılması, sazlanması və texniki problemlərinin aradan qaldırılması üzrə təcrübə;
  • Active Directory və istifadəçi hesablarının idarə edilməsi üzrə biliklər üstünlükdür;
  • İT ticketing/helpdesk sistemləri ilə iş təcrübəsi üstünlükdür;
  • Güclü problem həll etmə və analitik düşünmə bacarığı, texniki problemləri operativ şəkildə müəyyənləşdirmək və həll etmək qabiliyyəti;
  • Yaxşı kommunikasiya və interpersonal bacarıqlar, istifadəçilərə yönümlü texniki dəstək göstərmək bacarığı;
  • Müstəqil işləmək, bir neçə müraciəti prioritetləşdirmək və təzyiq altında effektiv fəaliyyət göstərmək bacarığı;
  • Azərbaycan dilini sərbəst bilmək; İngilis dilində yaxşı səviyyə; Rus dili üstünlükdür;
  • Zaqatalada iş yerində çalışmağa hazır olmaq, sürücülük vəsiqəsinin olması üstünlükdür.
Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Zaqatala
İş kateqoriyası:İT
Son müraciət tarixi:2026-10-11
Vəzifə dərəcəsi:Mütəxəssis
Elan paylaşılıb:11/09/2026
Maaş müzakirəyə əsasən

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 372 vakansiyanı gör