“Bakı Metropoliteni” QSC “Metro Engineer” layihəsi çərçivəsində "İşarəvermə və rabitə" istiqaməti üzrə 6aylıq ödənişli təcrübə proqramı elan edir!
"Metro Engineer" proqramı real texniki mühitdə mühəndislik biliklərini inkişaf etdirmək,idarəetmə və rabitə sistemlərinin etibarlılıq və təhlükəsizlik tələblərinə uyğun istismarı proseslərini yaxından öyrənmək və gələcəkdə metropolitendə davamlı mühəndis karyerası qurmaq istəyən gənclər üçün nəzərdə tutulub.
Proqram sizə nə qazandıracaq?
6 ay müddətində nəzəri və praktik biliklərlə zəngin intensiv təlim
Peşəkar mühitdə real iş təcrübəsi və mentor dəstəyi
Təcrübə dövründə aylıq əməkhaqqı
Təcrübənin sonunda davamlı işə qəbul imkanı
Nəqliyyat sahəsində uzunmüddətli və sabit karyera inkişafı
Metropoliten sizə nə vəd edir?
Metropolitendən ödənişsiz istifadə;
Nahar (güzəştli);
Ekspertlərlə “networking” və praktiki biliklər;
Karyera imkanları;
Rəsmi əmək müqaviləsi bağlanması və minimum əmək haqqının ödənilməsi;
Metro Engineer proqramı çərçivəsində əldə edilən təcrübələr:
Eskalator, tunel qurğuları, yol və rabitə sistemləri ilə tanışlıq
Təhlükəsizlik, texniki intizam və mühəndis qərarvermə bacarıqları
-EN 50129 standartı çərçivəsində safety-related elektron siqnalizasiya sistemlərinin tələblərə uyğunluğunu təmin etmək və müvafiq sənədləşməni aparmaq;
-EN 50128 standartına əsasən proqram təminatı, PLC və sistem konfiqurasiyalarında funksional təhlükəsizlik məntiqinə riayət etmək; dəyişiklikləri nəzarətdə saxlamaq;
-EN 50121-4 standartına uyğun olaraq elektromaqnit uyğunluq (EMC) tələblərinin yerinə yetirilməsinə nəzarət etmək.
Biz kimləri axtarırıq?
Cinsindən asılı olmayaraq yaş - 22-35 arası gəncləri
Minimum GPA: 80/100;
İngilis dili biliyinin olması arzuolunandır;
Açıq fikirli, öyrənməyə və işləməyə həvəsli, komanda ruhuna sahib biri olmalıdır.
Kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə)
Microsoft Office
Təhsil tələbi: Ali təhsil müəssisələrinin aşağıdakı və ya əlaqəli mühəndislik ixtisasları üzrə bitirən məzunlar:
Telekommunikasiya mühəndisliyi;
Avtomatika və idarəetmə;
Elektrik mühəndisliyi;
Elektronika mühəndisliyi;
Kompüter mühəndisliyi.

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.
Vakansiyanı irəli çək
Daha çox namizədə çat
Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Vakansiyalar
Maaş müzakirəyə əsasən

Vakansiyalar
Minimum 4000

Vakansiyalar
600 — 800

Vakansiyalar
Minimum 800

Vakansiyalar
Maaş müzakirəyə əsasən

Vakansiyalar
2000 — 3000

Vakansiyalar
Maaş müzakirəyə əsasən

Vakansiyalar
Maaş müzakirəyə əsasən