İnsan Kapitalı üzrə baş mütəxəssis

Elanın vaxtı bitmişdir
560 baxış

Təsvir

  • Agentliyin strateji məqsəd və prioritetlərinə uyğun performans idarəetmə çərçivəsinin qurulması, təkmilləşdirilməsi və davamlı şəkildə optimallaşdırılması;
  • Performans planlaması, qiymətləndirmə və yekun rəy prosesləri də daxil olmaqla, illik performans dövrlərinin strukturlaşdırılması və idarə edilməsi;
  • Strukturlar üzrə fərdi və komanda səviyyəsində hədəflərin (KPI) müəyyən olunması və təsdiqlənməsi prosesinə koordinasiya dəstəyi göstərilməsi;
  • Məqsədlərin təşkilatın ümumi strategiyasına uyğunluğunun təmin edilməsi;
  • Performans göstəricilərinə dair rüblük və illik analitik hesabatların hazırlanması, məlumatların təhlili və qərarvermə proseslərini dəstəkləyən çıxarışların təqdim olunması;
  • Performansın idarə edilməsi proseslərinin rəqəmsal platformalar üzərindən (HRM sistemi və ya digər proqram təminatları vasitəsilə) səmərəli icrasının təmin olunması;
  • Rəhbərlik və əməkdaşlar arasında rüblük əks əlaqə (feedback) sessiyalarının təşkili və fasilitasiya edilməsi;
  • Toplanan rəy və nəticələrin təhlili, konsolidasiyası və rəhbərliyə strukturlaşdırılmış şəkildə təqdim olunması;
  • Performans nəticələrinin təhlili əsasında fərdi inkişaf planlarının formalaşdırılmasına dəstək göstərmək;
  • Təşkilat daxilində rəhbərlərə və struktur rəhbərlərinə performans idarəetməsi üzrə ekspert məsləhət dəstəyi göstərmək;
  • Qiymətləndirmə prosesində proseduru rəhbər tutaraq obyektivlik və ədalətlilik prinsipinin qorunmasına nəzarət etmək;
  • Performansın idarə edilməsi üzrə müasir tendensiyaları, beynəlxalq standartları və qabaqcıl təcrübələri izləmək;
  • Mövcud sistem və yanaşmaların təkmilləşdirilməsi üzrə tövsiyələrin hazırlanması və tətbiqinin təşəbbüsü;

 

Tələblər

  • İnsan Resursları, Biznesin idarə edilməsi və ya müvafiq sahədə bakalavr dərəcəsi. Magistr dərəcəsi üstünlükdür;
  • Performansın idarə edilməsi, insan resurslarının inkişafı və strateji İR layihələrində minimum 3 il müvafiq iş təcrübəsi;
  • Performansın idarə edilməsi konsepsiyaları, metodologiyaları və ən yaxşı təcrübələr haqqında güclü anlayış;
  • Performans idarəetmə çərçivələri, KPI və scorecard modellərinin hazırlanması və tətbiqi üzrə dərin biliklər;
  • Performans modullarından istifadə təcrübəsi (məsələn, SAP SuccessFactors, Oracle, INCORE HRM və s.);
  • Analitik düşüncə və məlumatların təhlili bacarığı (Excel, Power BI və ya digər analitik alətlər üzrə bilik üstünlükdür);
  • Bütün struktur və rəhbərlik səviyyələri ilə səmərəli əməkdaşlıq qurmaq və idarəetməyə məsləhətçi rolunda çıxış etmək bacarığı;
  • Yüksək təqdimat bacarığı və məlumatı aydın, məntiqli və təsirli şəkildə çatdırmaq qabiliyyəti;
  • Agile, OKR, Balanced Scorecard və ya digər performans yanaşmalarına dair bilik və ya təcrübə əlavə dəyər hesab olunur;
  • Azərbaycan dilində mükəmməl danışıq və yazı bacarığı (İngilis və rus dili əlavə üstünlükdür)
  • Performansın idarə edilməsi və ya əlaqəli sahələrdə peşəkar sertifikatlar üstünlükdür;
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (IDDA)
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (IDDA)

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Bakı
İş kateqoriyası:İnzibati
Son müraciət tarixi:2025-06-21
Vəzifə dərəcəsi:Baş mütəxəssis
Elan paylaşılıb:27/05/2025
Maaş müzakirəyə əsasən

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 372 vakansiyanı gör