İcarələr üzrə aparıcı mütəxəssis (Şuşa)

Elanın vaxtı bitmişdir
1204 baxış

📍  Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi

 

Vəzifə öhdəlikləri:

  • Şuşa şəhərinin ərazisində yerləşən və İdarənin balansına verilmiş dövlət mülkiyyətində olan abidələrin (dünya əhəmiyyətli abidələr istisna olmaqla), tikililərin (o cümlədən dövlət mənzil fonduna daxil olan tikililərin), yaşayış və qeyri-yaşayış sahələrinin təyinatları üzrə səmərəli istifadəsinin təmin edilməsi məqsədilə onların icarəyə verilməsini həyata keçirmək;
  • İcarəçilərlə icarə şərtlərini müzakirə etmək və icarə müqavilələrini hazırlamaq;
  • Müvafiq fəaliyyət üzrə debitor borclara nəzarət etmək;
  • Abidələrin mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə abidələrin qorunmasına dair mühafizə müqavilələri bağlanılması prosesində Tarixi-mədəni irsin idarə olunması, qorunması şöbəsinin mütəxəssisləri ilə birlikdə iştirak etmək;
  • İcarə obyektini tərəflər arasında imzalanmış təhvil-təslim aktı əsasında icarəçiyə təqdim etmək;
  • İcarə obyekti təhvil verildiyi zaman icarə obyektinin bütün çatışmazlıqları barədə icarəçini xəbərdar etmək;
  • İcarə müqaviləsinə xitam verilməsi ilə əlaqədar icarəçi ilə  təhvil-təslim aktı imzamaq;
  • Rübdə bir dəfə icarə obyektinin istismar vəziyyətinin icarə müqaviləsinin şərtlərinə və tələblərinə uyğun olmasını yoxlamaq;
  • Mülkiyyətində, istifadəsində və ya icarəsində abidələrin olduğu fiziki və ya hüquqi şəxslər tərəfindən abidələrin qorunması və ya mühafizə müqavilələrinin şərtlərinə əməl edilməsi vəziyyətini yoxlamaq məqsədilə Tarixi-mədəni irsin idarə olunması, qorunması şöbəsi tərəfindən abidələrdə keçirilən monitorinq prosesində iştirak etmək;
  • Əmlakın idarə olunması və istifadəsinə dair məlumat bazasının (reyestrinin) yenilənməsini təmin etmək;
  • Görülmüş işlərin uçotunu aparmaq, həftəlik, aylıq, rüblük, illik hesabatlar hazırlamaq;
  • Rəhbərliyin tapşırığı ilə öz ixtisası çərçivəsində digər işləri yerinə yetirmək.

Vəzifəyə dair tələblər:

  • Təhsil: Ali təhsil (humanitar ixtisaslar üzrə) (hüquq təhsili olanlara üstünlük veriləcək)
  • Mərkəzləşdirilmiş Elektron Sənəd Dövriyyəsi sistemindən istifadəni bilməlidir;
  • Azərbaycan Respublikasının Mülki Məcəlləsi və icarə haqqında qanunvericilik üzrə biliklərə malik olmalıdır;
  • Peşəkar ünsiyyət psixologiyasını bilməlidir;
  • Azərbaycan dilini mükəmməl (yazılı və şifahi) bilməlidir;
  • Məsuliyyətli və dəqiq olmalı;
  • Detallara diqqət yetirməyi bacarmalı:
  • Komandada işləmək bacarığı, təşəbbüskarlıq, gərgin iş rejimində işləmək bacarığı;
  • Kompüter bilikləri üzrə: MS Office proqramları:
  • İş təcrübəsi: uyğun sahədə 1 il iş təcrübəsi.

Namizədlərdən öz CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Şuşa, Qarabağ
İş kateqoriyası:Maliyyə
Son müraciət tarixi:2025-12-26
Vəzifə dərəcəsi:Mütəxəssis
Elan paylaşılıb:19/12/2025
Maaş müzakirəyə əsasən

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 358 vakansiyanı gör