Hostess

Elanın vaxtı bitmişdir
860 baxış

“AZERA Holding” MMC tərkibindəki Hill restoranında Hostess vakansiyasını elan edir.

İş haqqında məlumat:

  • Restorana daxil olan müştəriləri qarşılamaq;
  • Müştərilərdə restoran barədə ilkin xoş təəssürat yaratmaq;
  • Müştərilərin üst geyimlərinin qarderoba verilməsini təşkil etmək;
  • Müştərilərə az yaşlı uşaqlar üçün dayə xidməti təklif etmək, qəbul edilərsə bu xidməti təşkil etmək;
  • Müştəriləri rezervasiya olunmuş masalara yönəltmək və ya rezervasiya olmadan gələn qonaqların boş masaya yerləşdirilməsi üçün tədbir görmək;
  • Qonaqların istək və şikayətləri ilə maraqlanmaq, restoran rəhbərini və administratorları bu barədə məlumatlandırmaq;
  • Rezervasiya olunmuş və boş masaların yeri barədə əvvəlcədən məlumat almaq;
  • Restoran rəhbərinə qonaqların sayı, rezervasiya olunmuş yerlərin doluluğu və əlavə müştərilər barədə gündəlik, ehtiyac olduqda dərhal məlumat vermək;
  • Restorandan çıxan qonaqların üst geyimlərinin verilməsinin və yola salınmasını təmin etmək;
  • Təkrar və xüsusi müştəriləri tanımaq və onlara xüsusi diqqət göstərmək.

Tələblər:

  • Orta ixtisas və ya ali təhsil ( Xidmət, turizm, menecment sahəsi olması üstünlükdür)
  • Müvafiq sahə üzrə 1 il iş təcrübəəsi ( müştəri xidmətləri)
  • Azərbaycan dili səlis, rus və ingilis dilləri üstünlükdür.
  • MC Office proqram biliyi üstünlükdür
  • Hostess xanımlar incə bədən quruluşlu boyu 165 sm-dən çox, yüksək ünsiyyət bacarığına malik olmalıdır.

İş şərtləri:

  • ƏM-nə uyğun rəsmiləşdirilmə
  • 6 günlük iş qrafiki ( 08:00-16:00)
  • Əmək haqqı: 800 AZN (Nett)
  • Nahar şirkət tərəfindən təmin olunur.

CV-nizi “Hostess” mövzusu, şirkətin adı qeyd olunmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz və ya 0123114126 nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur .



 

Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Bakı
İş kateqoriyası:Turizm və restoran
Son müraciət tarixi:2025-12-17
Vəzifə dərəcəsi:Mütəxəssis
Elan paylaşılıb:24/11/2025
Minimum 800

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 372 vakansiyanı gör