Graphic and Motion Designer

Elanın vaxtı bitmişdir
942 baxış

Vəzifə haqqında:

“Honours Academy” komandası vizual ünsiyyətin gücləndirilməsi, brend mesajlarının daha cəlbedici və yadda qalan şəkildə təqdim edilməsi məqsədilə “Graphic and Motion Designer” axtarır. Bu vəzifə vizual kontentin yaradılması, marketinq təşəbbüslərinin dizayn baxımından dəstəklənməsi və auditoriya ilə estetik baxımdan effektiv əlaqənin qurulmasında mühüm rol oynayır.

Əsas vəzifə öhdəlikləri:

  • Sosial media, reklam, təqdimat və digər promo materiallar üçün kreativ və peşəkar qrafik dizaynların hazırlanması;
  • Dijital kampaniyalar və sosial media üçün “motion graphic” və animasiyaların hazırlanması;
  • Marketinq komandası ilə sıx əməkdaşlıq edərək brendə uyğun yaradıcı layihələrin həyata keçirilməsi;
  • Vizual üslub və brend tərzinin bütün materiallarda qorunması;
  • Paralel bir neçə layihənin vaxtında və keyfiyyətli tamamlanması;
  • Qrafik və mouşn dizayn sahəsində trendləri izləmək və işə tətbiq etmək.

Tələblər:

  • “Qrafik və Mouşn Dizayn” sahəsində minimum 2 illik iş təcrübəsi;
  • “Adobe Creative Suite” proqramları (“Illustrator”, “Photoshop”, “After Effects”, “Premiere Pro”) ilə sərbəst işləmə bacarığı;
  • Həm qrafik, həm də mouşn dizayn bacarıqlarınızı nümayiş etdirən güclü portfolio;
  • Estetik düşüncə, detallara həssas yanaşma və yaradıcı baxış;
  • Layihələri vaxtında və məsuliyyətlə icra etmək bacarığı;
  • Komanda ilə effektiv işləmə vərdişləri.

Təklif etdiyimiz imkanlar:

  • Yaradıcı və dinamik komanda mühiti;
  • Portfolio və bacarıqlarınızı göstərmək üçün real və təsirli layihələr;
  • Rəqabətli əmək haqqı və nəticəyə əsaslanan mükafatlandırma sistemi (müsahibə zamanı müzakirə olunacaq);
  • Davamlı peşəkar inkişaf və daxili böyümə imkanları.

İş qrafiki və istirahət günləri:

  • Həftədə 5 gün (Bazar ertəsi – Cümə);
  • İş saatları: 10:00 – 19:00;
  • İstirahət günləri: Şənbə və Bazar.

CV-nizi və qısa motivasiya məktubunuzu Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik. Mövzu hissəsində “Graphic and Motion Designer” qeyd edin. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Bakı
İş kateqoriyası:Dizayn
Son müraciət tarixi:2026-02-21
Vəzifə dərəcəsi:Mütəxəssis
Elan paylaşılıb:27/01/2026
Maaş müzakirəyə əsasən

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 372 vakansiyanı gör