Geodeziya Mühəndisi

Elanın vaxtı bitmişdir
1029 baxış

Avant Group MTK tikinti layihələri üzrə komandasına peşəkar Geodeziya Mühəndisi axtarır.

Vəzifə öhdəlikləri:

  • Layihə üzrə bütün geodeziya ölçmələrinin planlaşdırılması və sahədə icrasının təmin edilməsi.

  • Bünövrə, karkas, divarlar, fasad və mühəndis şəbəkələri də daxil olmaqla bütün konstruktiv elementlərin yerinin dəqiq müəyyən edilməsi.

  • Sahədə görülən işlərin layihə koordinatlarına, hündürlüklərə və oxlara uyğunluğunun yoxlanılması.

  • Günlük geodeziya layout-larının hazırlanması və sahə işçilərinə izah edilməsi.

  • Uyğunsuzluqların operativ aşkar olunması və mühəndis heyətinə, rəhbərliyə məlumat verilməsi.

  • Topoqrafik çəkilişlərin aparılması və planların hazırlanması.

  • İşlər tamamlandıqca “As-built” icra xəritələrinin və planlarının tərtibi.

  • Total station, GPS/GNSS, nivelir və digər cihazların sazlığının və düzgün istifadəsinin təmin edilməsi.

  • Layihə mühəndisləri və sahə nəzarəti ilə koordinasiyalı şəkildə işləyərək ölçülərin dəqiqliyinin təmin olunması.

  • Cihazlardan alınan məlumatların düzgün işlənməsi və AutoCAD, Civil 3D və digər proqramlarda rəsmə salınması.


İş şəraiti:

  • İş qrafiki: 6/1, 09:00–18:00

  • Nahar şirkət tərəfindən təmin olunur

  • Əmək haqqı: 1500–2000 AZN


Tələblər:

  • Ali təhsil (Geodeziya mühəndisliyi və ya əlaqədar sahə).

  • Tikinti sahəsində minimum 2–3 il geodeziya təcrübəsi.

  • Total station, GPS, nivelir cihazlarının mükəmməl idarə olunması.

  • AutoCAD, Civil 3D, NetCAD proqramlarında işləmə bacarığı (üstünlükdür).

  • Dəqiqlik, məsuliyyət, analitik düşünmə, komanda ilə işləmə bacarığı.

  • Yaş: 25–45

  • Cins: Kişi


Əlaqə:

Əlaqədar şəxs: Vusala Rəcəbova
Telefon: 0552055296
E-mail: [email protected]

Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Bakı
İş kateqoriyası:Sənaye və istehsalat
Son müraciət tarixi:2026-01-11
Vəzifə dərəcəsi:Mütəxəssis
Elan paylaşılıb:14/12/2025
1500 — 2000

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 372 vakansiyanı gör