Front-End Developer Intern

Elanın vaxtı bitmişdir
2425 baxış

📍CoThink

 

Mükafatı olan rəsmi layihədə təcrübə axtarırsan? Elə isə biz də səni axtarırıq! 🎉

Biz veb texnologiyalarına həvəsli namizədlər üçün Front-End Developer Intern proqramı elan edirik! ✨️

Bu, real startap mühitində, müasir veb interfeyslərinin və real layihələrin sıfırdan qurulması prosesində iştirak edərək praktiki təcrübə qazanmaq fürsətidir. 🎖

💡 CoThink nədir?
CoThink, tələbələrin öyrənmə prosesini daha interaktiv, əlçatan və motivasiyaedici hala gətirməyi hədəfləyən EdTech layihəsidir. MVP olaraq ilk çıxışımızı artıq etmişik.

IDDA dəstəyi ilə keçirilən ASSIP Hackathonunda inkubasiya mərhələsində 3-cü yerə layiq görülərək 4500 manat mükafat əldə etdik 🏆

📌 Proqram haqqında məlumat
• Proqram ödənişsizdir
• Təcrübə prosesi uzaqdan (remote) olaraq keçiriləcək
• Təcrübə real istifadəçiləri olan startap layihəsi üzərində aparılacaq
• Programın sonunda qiymətləndirmə nəticəsində seçilən tələbələr əsas komandanın bir hissəsinə çevrilmə şansı əldə edəcək

🎯 Axtardığımız namizəd (Texniki Tələblər):
✅ JavaScript (ES6+) üzrə təməl biliklər və təmiz kod (Clean Code) yazmaq bacarığı;
✅ React.js Ekosistemi: React Hooks, Redux və komponent əsaslı arxitektura anlayışı;
✅ TypeScript üzrə statik tipləmə bilikləri (olması arzuolunandır);
✅ UI & Styling: Tailwind CSS və ya Bootstrap ilə responsiv (mobil-dostu) və Pixel-perfect interfeyslərin yığılması;
✅ Backend İnteqrasiyası: RESTful API-lar ilə işləmək, asinxron sorğular (Axios/Fetch) göndərmək təcrübəsi;
✅ NPM/Yarn paketləri və ehtiyaca uyğun müxtəlif UI/UX kitabxanaları ilə işləmək bacarığı;
✅ Versiya Nəzarəti: Git və GitHub üzərindən kod versiyalanması (branching, PR) və komanda ilə birgə işləmə bacarığı;
✅ Detallara diqqətlilik, analitik düşüncə və problemlərə həll yönümlü yanaşma.

🎁 Proqramın sonunda sənə nə vəd edirik?
✔ Sıfırdan yığılan real startup layihəsində iştirak edərək güclü təcrübə və portfel
✔ Mütəmadi "code review"lar və təcrübəli mentorlardan birbaşa dəstək
✔ Sərbəst, yeniliklərə tam açıq və səmimi iş mühiti
✔ Uğurlu nəticə halında komandaya daxil olmaq imkanı

📩 Müraciət üçün:
CV-nizi və GitHub profilinizi (və ya hazırladığınız kiçik layihələrin linklərini) mövzu hissəsində "Intern Front-End Developer - [Adın və Soyadın]" qeyd edərək "[email protected]" ünvanına göndərə bilərsiniz.

Biliklərinlə təhsil dünyasında iz qoymağa hazırsansa, biz səni gözləyirik! ✨

Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Təcrübə
Ərazi:Bakı
İş kateqoriyası:İT
Son müraciət tarixi:2026-10-11
Vəzifə dərəcəsi:Təcrübəçi
Elan paylaşılıb:11/09/2026
Maaş müzakirəyə əsasən

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 372 vakansiyanı gör