Fermerlərlə iş üzrə əməliyyat texniki

Elanın vaxtı bitmişdir
349 baxış

Təsvir

✅Yüksək ixtisaslı mütəxəssisin rəhbərliyi altında alınan məlumatların emalını, lazım olan texniki hesabların aparılmasını yerinə yetirir.

✅Proqram, təlimat və başqa texniki sənədlərin işlənib hazırlanmasında iştirak edir.

✅Təsdiq olunmuş metodiki proqram əsasında aparılan tədqiqat işləri prosesində yekun materialların emalı və toplanması işini yerinə yetirir.

✅Əlyazmaların, tapşırıq və hesabat sənədlərinin rəsmiləşdirilməsi üzrə texniki işi yerinə yetirir.

✅Görülən işin baxılmasından və müzakirəsindən sonra, qəbul edilmiş qərara əsasən texniki sənədlərə lazımi dəyişikliklər və düzəlişlər edir.

✅Daxili olan texniki sənədləri və korrespondensiyanı qeydiyyata alır, onların mühafizəsini təmin edərək, sənədlərin daxil olması uçotunu aparır, onların vaxtında yerinə yetirilməsinə nəzarət edir.

✅Aparılan işlər haqqında hesabat tərtib etmək üçün alınan məlumatı sistemləşdirərək emal edir və hazırlayır.

✅Fermerlərin müraciət ərizələrini qəbul edir, müraciət ərazələrinə baxış keçirmək üçün müvafiq alt sənədlərin toplanmasını tələb edir, hazır sənədləri filial direktoruna / filialın direktor müavininə dərkənara üçün təqdim edir.

✅Filial direktorunun / filialın direktor müavininin rəyinə əsasən fermerin ərazilərinin GPS vasitəsi ilə ölçülməsi üçün müvafiq sənədləri təqdim edir, baxış aktı, GPS ölçüsü və digər normativ sənədlər tam şəkildə hazır olduqdan sonra fermerlə 3 (üç) tərəfli müqavilə hazırlayır, müqavilədə fermerin imza nümunəsi yoxlanıldıqdan sonra tərtib olunmuş sənədlər toplusunun (3 tərəfli müqavilədən başqa) surətini Cəmiyyətin aparatına göndərir.

✅3 tərəfli müqaviləni təsdiqlətmək üçün müqaviləni digər alt sənədləri ilə birlikdə Cəmiyyətin aparatına göndərilir.

✅Təsdiq edilmiş müqavilənin 1 nüsxəsinin fermerə təqdim edilməsini təmin edir, Müqavilə bağlanıldıqdan sonra, fermerlərə buraxılan nəğd vəsaitlər barədə (icarə, əkin, arat, 1-2-3 suvarma, mator suvarma, ketmənləmə 1-2 və s.) aparıcı-aqronom, aqronom və əlaqələndirici (ərazi nümayəndəsi) tərəfindən verilən sifarişləri qəbul edir və müvafiq qaydada icra edir.

✅Fermerlərə göstərilən xidmətlərin, avans vəsaitlərinin, natura şəklində verilən mal-materialın (çiyid, gübrə, dərman peraparatları və s) ümumi avansın verilməsi reyestrinə işlənməsini icra edir.

✅Ümumi avans verilməsi reyestri ilə bərabər, 1C ERP proqramına bütün fermerlərin məlumatlarını daxil edir.

✅Fermerlərin əkin və məhsul subsidiyaları alması üçün “e-Aqro”, “Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi” (EKTİS) və “Tap Aqro” portallarında müvafiq əməliyyatları icra edir

Tələblər

✅Müvafiq sahə üzrə ali ixtisas təhsili və istehsalatda 1 ildən az olmayaraq iş stajı;

✅MS Windows, MS Office, İnternet və s. üzrə biliklər.

✅1C 8.3 ERP proqramında işləmək bacarığı;

✅Güclü dinləmə, təqdimat, ünsiyyət və vaxt idarəetmə bacarıqları.

Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:İmişli
İş kateqoriyası:Sənaye və istehsalat
Son müraciət tarixi:2025-06-28
Vəzifə dərəcəsi:Mütəxəssis
Elan paylaşılıb:30/05/2025
Minimum 620

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 372 vakansiyanı gör