English Teacher

Elanın vaxtı bitmişdir
2518 baxış

İngilis dili müəllimi axtarılır

Loquor olaraq komandamıza tələbələrlə işləməyi sevən, məsuliyyətli və çevik İngilis dili müəllimi axtarırıq.

İş haqqında

Müəllimlərimizlə əsasən onlayn dərslər formatında işləyirik. Tələbələr Loquor tərəfindən müəllimə yönləndirilir və müəllim tələbə ilə ilkin olaraq sınaq dərsi keçirir.

Sınaq dərsindən sonra tələbə dərslərə davam etmək qərarına gəldikdə, müəllim tələbə ilə birlikdə uyğun dərs gün və saatlarını müəyyənləşdirir.

Dərslər əsasən qrup şəklində, ehtiyacdan asılı olaraq isə fərdi dərslər formatında keçirilə bilər.

İş qrafiki

Tamamilə uzaqdan (remote) iş

Müəllim öz iş qrafikini özü müəyyənləşdirir

Dərs saatları müəllimin və tələbələrin uyğunluğuna əsasən razılaşdırılır

Sabit iş qrafiki tələb olunmur

Dərs cədvəlinin planlaşdırılması müəllimin öz məsuliyyətindədir

Əmək haqqı

Saatlıq 15 AZN-dən başlayan ödəniş

Ödəniş tələbə və dərs sayına ve iş yükünə əsasən dəyişə bilər

Daha çox tələbə ilə işlədikcə gəlir imkanları artır

Vəzifələr

Tələbələrlə sınaq dərslərinin keçirilməsi

Tələbələrin səviyyəsinə uyğun dərs planlarının hazırlanması

Dərs materialları və tapşırıqların hazırlanması

Dərslərin planlı və vaxtında keçirilməsi

Tələbələrin inkişafının izlənilməsi və qiymətləndirilməsi

Tələbələrlə sağlam və pozitiv ünsiyyət qurulması

Tələbələrin motivasiyasının artırılması

Lazım olduqda dərs proqramının tələbənin ehtiyaclarına uyğunlaşdırılması

Namizədə tələblər

Namizədin İngilis dili müəllimliyi ixtisası üzrə ali təhsilə və ya beynəlxalq sertifikatlara (TESOL, IELTS, TOEFL və s.) malik olması mütləqdir.

* ​Qeyd: Beynəlxalq sertifikatı və ya müvafiq ixtisas diplomu olmayan, lakin praktiki tədris təcrübəsinə güvənən namizədlər də müraciət edə bilərlər. Bu halda namizədin dil bilikləri və tədris bacarıqları müsahibə mərhələsində praktiki qiymətləndirmə yolu ilə yoxlanılacaqdır.

İngilis dilinin tədrisi sahəsində bilik və ya təcrübə

Onlayn dərs platformalarından istifadə bacarığı

Öz dərs proqramını və dərs planını müstəqil şəkildə hazırlaya bilmək

Tələbələrin səviyyəsinə uyğun işləmə bacarığı

Yaxşı kommunikasiya və izah etmə bacarığı

Məsuliyyətli və dəqiq iş üslubu

Tələbələrlə mehriban və pozitiv münasibət qurmaq

Vaxtın düzgün idarə edilməsi

Biz nə təklif edirik?

🏠 Tamamilə remote iş imkanı

⏰ Sərbəst iş qrafiki

👥 Hazır tələbələrin müəllimə yönləndirilməsi

📚 Qrup və fərdi dərslərlə işləmək imkanı

💰 Dərs sayına uyğun gəlir əldə etmək imkanı

🤝 Rahat və çevik iş mühiti

📈 Tələbə sayı artdıqca daha çox dərs və gəlir imkanı

Əgər tələbələrlə işləməyi sevirsinizsə və öz iş qrafikinizi özünüz idarə etmək istəyirsinizsə, sizi Loquor komandasında görməkdən məmnun olarıq!

📩 Müraciət üçün CV-nizi göndərin.

Loquor
Loquor

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Yarım iş günü, Tam iş günü, Distant, Sərbəst
Ərazi:Bakı
İş kateqoriyası:Təhsil və elm
Son müraciət tarixi:2026-10-15
Vəzifə dərəcəsi:Mütəxəssis
Elan paylaşılıb:15/09/2026
600 — 1200

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 300 vakansiyanı gör