Əməliyyat sistemlərinin idarə olunması şöbəsinin Baş Mütəxəssisi
99 baxış
Təsvir
Fiziki və virtual serverlərin (Windows Server) quraşdırılması, konfiqurasiyası və idarə olunması;
Domain, DNS, DHCP, Active Directory xidmətlərinin təşkili və monitorinqi;
Sistemlərin fasiləsiz olaraq işləkliyinin təmin olunması;
VMware ESXi, vSphere platformalarının idarə edilməsi;
Bulud infrastrukturlarına (Azure, AWS, v.s.) inteqrasiya və idarəetmə;
Sistem istifadəçilərinin idarə olunması, rola əsaslanan giriş icazələrinin təyin edilməsi;
PCI DSS, ISO 27001 və s. uyğunluq siyasətlərinin tətbiqi;
Backup siyasətinin qurulması (Veeam);
Bərpa testlərinin həyata keçirilməsi və sənədləşdirilməsi;
Zabbix, PRTG, Grafana və digər sistemlərlə monitorinq;
Resurs istifadəsinin təhlili və sistemin optimallaşdırılması;
PowerShell, Bash, Python və s. vasitəsilə rutin işlərin avtomatlaşdırılması;
Konfiqurasiya sənədlərinin hazırlanması;
Sistem arxitekturasının təsviri;
İstifadəçi və digər texniki heyətə dəstək göstərilməsi;
Yeni texnologiyaların tətbiqi və test edilməsi;
Server miqrasiyası, sistem yenilənməsi və təkmilləşdirilməsi layihələrinin həyata keçirilməsi.
Tələblər
Ali təhsil (İnformasiya texnologiyaları, Kompüter mühəndisliyi və digər əlaqəli sahələr üzrə);
Müvafiq sahədə ən azı 5 il iş təcrübəsi (ən az 2-3 il baş inzibatçı və ya müvafiq vəzifədə olmaqla);
Microsoft (MCSA, MCSE),VMware (VCP) sertifikatlarından biri və ya bir neçəsi üstünlükdür;
ITIL v4 – xidmət idarəetməsi üzrə baza anlayışları;
Windows Server (2016/2019/2022) və Active Directory üzrə dərin biliklər;
Linux/Unix sistemlərinin (Red Hat, CentOS, Ubuntu) quraşdırılması, konfiqurasiyası və idarə olunması təcrübəsi;
HPE enterprise server və storage avadanlıqlarının idarə olunması və texniki dəstəyi sahəsində təcrübə: rack-mounted ProLiant serverlər, blade infrastruktur (HPE Synergy), storage sistemləri (HPE 3PAR, Primera, Alletra, StoreOnce, MSA, və s.) üzrə konfiqurasiya, performans monitorinqi və nasazlıqların aradan qaldırılması bacarığı;
VMware vSphere/ESXi idarəetməsi və VM-lərin idarəsi üzrə təcrübə;
Bulud platformaları (Azure, AWS) üzrə baza biliklər üstünlükdür;
TCP/IP, DNS, DHCP, VPN, VLAN və digər şəbəkə protokolları haqqında biliklər;
Sistem təhlükəsizliyi və PCI DSS, ISO 27001 uyğunluq anlayışları;
Veeam, və ya digər backup həllərində təcrübə;
Bərpa planlarının hazırlanması və test olunması təcrübəsi;
Monitorinq alətləri ilə (Zabbix, PRTG, Nagios) işləmək bacarığı;
PowerShell, Bash və ya digər skript dillərində yazma bacarığı;
Analitik düşüncə və problem həll etmə bacarığı;
Komandada və müstəqil işləmə bacarığı;
Müəyyən edilmiş müddət çərçivəsində tapşırıqları icra etmək bacarığı.