Elektrik üzrə mühəndis

Elanın vaxtı bitmişdir
461 baxış

📍"Sentra" QSC

 

İş barədə məlumat

Şərtlər:

Təhsil: Bakalavr

Kompüter bilikləri: Word və Excel proqramlarında işləmə bacarığı

Dil bilikləri: Azərbaycan dili, ingilis və rus dilləri arzuolunandır

Xanım namizədlərə üstünlük verilir

İş qrafiki: 5 günlük

İş saatı: 09:00-dan 18:00-dək.


Öhdəliklər

Quru və dəniz obyektlərində avtomatika vasitələrinin quraşdırılması və sazlanması, servis xidməti işləri

İdarə və müəssisələrdə istehsal proseslərinin müasir informasiya texnologiyaları elementləri əsasında kompleks avtomatlaşdırılması və mexanikləşdirilməsi işləri

Nəzarət ölçü cihazları və avtomatika vasitələrinin, avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqi üçün avtomatik idarəetmə sistemlərinin və proqramların araşdırılması və istehsalatda hazırlanması işləri

Müəssisələrin nəzarət ölçü cihazları, avtomatika vasitələri, idarəetmə, yanğından və partlayışdan mühafizə sistemlərinin yaradılması və tətbiqi, texniki xidmət, təmir və sazlama işləri.


Tələblər

Nəzarət ölçü cihazları və avtomatika vasitələri, onların iş prinsipi, quraşdırma və sazlama qaydaları üzrə biliklər

Temperatur, təzyiq, səviyyə və sərf ölçən cihazlar, manometrlər, termocütlər, termoelektrik çeviricilər, HART kommunikatoru haqqında məlumatlı olmaq

Beynəlxalq vahidlər sistemi, mütləq və nisbi xəta anlayışları, ölçmə vasitələrinin xətaları və dəqiqlik sinifləri barədə biliklər

Rəqslər və dalğalar, istilik hadisələri, maddənin aqreqat hallarının dəyişməsi, elektrik yükü və elektromaqnit sahəsi, dəyişən və sabit cərəyan qanunları haqqında biliklər

Elektronika üzrə minimum biliklər: yarımkeçiricilər, relelər, kondensatorlar, transformatorlar

Nəzarət ölçü cihazları və avtomatika vasitələrinin layihələrdə şərti işarələrini tanımaq və elektrik dövrə sxemlərini oxumaq bacarığı.

Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Bakı
İş kateqoriyası:Sənaye və istehsalat
Son müraciət tarixi:2026-02-21
Vəzifə dərəcəsi:Mütəxəssis
Elan paylaşılıb:26/01/2026
800 — 900

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 372 vakansiyanı gör