Elektrik Ustası

Elanın vaxtı bitmişdir
683 baxış
📍Capital Construction MMC


Vəzifə və funksional öhdəliklər:

  • Tikinti layihələri üzrə elektrik montaj və istismar işlərinin təsdiqlənmiş layihə-smeta sənədlərinə uyğun icrası;
  • Elektrik sistemləri və avadanlıqlarının texniki istismarına nəzarət edilməsi;
  • Aşkar edilmiş texniki uyğunsuzluqlar və nasazlıqlar üzrə korrektiv tədbirlərin həyata keçirilməsi;
  • Elektrik sistemlərin, cihazların və komponentlərin müntəzəm olaraq yoxlanılması, profilaktik baxımın aparılması və təmiri;
  • Elektrik təhlükələrin və kənarlaşma hallarının müəyyən edilməsi;
  • Elektrik sistemində mövcud olan nasazlıqların və uyğunsuzluqların aradan qaldırılması;
  • Müvafiq elektrik cizgilərinin oxunması, cizgilərə uyğun olaraq avadanlıqların və xətlərin müəyyən edilməsi;
  • Elektrik sistemlərin və avadanlıqların müvafiq ölçmə və sınaq alətləri vasitəsi ilə sınaq edilməsi;
  • Aşınmış avadanlıqların təmiri və bərpası;
  • Elektrik avadanlıqların dəyişdirilməsi ilə bağlı təkliflərin hazırlanması;
  • Elektrik işlər üzrə hesabatların hazırlanması və təqdim edilməsi;
  • Yeni elektrik avadanlıq və cihazların quraşdırılmasının həyata keçirilməsi;
  • Layihə rəhbəri və sahə rəisləri ilə koordinasiyalı fəaliyyətin təmin edilməsi.

Namizədə dair tələblər (Kvalifikasiya və səriştələr):

  • Müvafiq ixtisas üzrə minimum 1-2 il iş təcrübəsi (tikinti layihələri üzrə təcrübə üstünlükdür);
  • Müvafiq sahə üzrə peşə və ya Ali təhsil;
  • Müvafiq ixtisas sənədi, sertifikat və icazələrin olması üstünlükdür;
  • Elektrik sxemləri, layihə çertyojları və texniki normativ sənədlərlə işləmə bacarığı;
  • Elektrik təhlükəsizliyi üzrə normativ aktlar və tikinti standartları haqqında biliklər;
  • Analitik düşünmə, məsuliyyətlilik və intizamlı iş yanaşması;
  • Komandada işləmə və funksional tabelik prinsiplərinə uyğun fəaliyyət bacarığı.

İş şəraiti: 

  • İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi
  • İş qrafiki: 6 günlük iş həftəsi;
  • Əmək haqqı: 850-950 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır).

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Elektrik Ustası” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
 

Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Bakı
İş kateqoriyası:Sənaye və istehsalat
Son müraciət tarixi:2026-02-22
Vəzifə dərəcəsi:Mütəxəssis
Elan paylaşılıb:26/01/2026
850 — 950

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 372 vakansiyanı gör