Elektrik təchizatı üzrə təcrübə proqramı

Elanın vaxtı bitmişdir
720 baxış

“Bakı Metropoliteni” QSC “Metro Engineer” layihəsi çərçivəsində "Elektrik təchizatı üzrə" istiqaməti üzrə 6aylıq ödənişli təcrübə proqramı elan edir!

"Metro Engineer" proqramı real texniki mühitdə mühəndislik biliklərini inkişaf etdirmək,yarımstansiyalar, kabel şəbəkəsi, işıqlanma sistemi və dizel generatorların etibarlı, təhlükəsiz və normativ tələblərə uyğun istismarını təmin etmək,elektrik təchizatı infrastrukturunun fasiləsiz işini saxlamaq proseslərini yaxından öyrənmək və gələcəkdə metropolitendə davamlı mühəndis karyerası qurmaq istəyən gənclər üçün nəzərdə tutulub.

Proqram sizə nə qazandıracaq?

6 ay müddətində nəzəri və praktik biliklərlə zəngin intensiv təlim

Peşəkar mühitdə real iş təcrübəsi və mentor dəstəyi

Təcrübə dövründə aylıq əməkhaqqı

Təcrübənin sonunda davamlı işə qəbul imkanı

Nəqliyyat sahəsində uzunmüddətli və sabit karyera inkişafı

Metropoliten sizə nə vəd edir?

Metropolitendən ödənişsiz istifadə;

Nahar (güzəştli);

Ekspertlərlə “networking” və praktiki biliklər;

Karyera imkanları;

Rəsmi əmək müqaviləsi bağlanması və minimum əmək haqqının ödənilməsi;

Metro Engineer proqramı çərçivəsində əldə edilən təcrübələr:

Eskalator, tunel qurğuları, yol və rabitə sistemləri ilə tanışlıq

Təhlükəsizlik, texniki intizam və mühəndis qərarvermə bacarıqları

Öhdəliklər

-Yarımstansiyaların, kabel şəbəkəsinin, işıqlanma sisteminin və dizel generatorların texniki vəziyyətini mütəmadi qiymətləndirmək və müəyyən edilmiş nasazlıqları vaxtında aradan qaldırmaq;

-EN 50163 standartına uyğun olaraq dartı sistemlərində təchizat gərginliyi xarakteristikalarının normativ çərçivədə saxlanılmasına nəzarət etmək;

-IEC 60364-1 standartına əsasən alçaq gərginlikli (LV) qurğuların quraşdırılması, istismarı və texniki baxışının tələblərə uyğun həyata keçirilməsini təmin etmək;

-Dartı sistemlərində elektrik təhlükəsizliyi və torpaqlama normalarına riayət olunmasına nəzarət etmək; pozuntu hallarını dərhal rəhbərliyə bildirmək;

-Obyektlər üzrə planlı texniki baxış qrafiklərini hazırlamaq, plan-fakt kənarlaşmalarını izah etmək və icra faizini ≥90% səviyyədə saxlamaq üçün tədbirlər görmək.

Tələblər

Biz kimləri axtarırıq?

Cinsindən asılı olmayaraq yaş - 22-35 arası gəncləri

Minimum GPA: 80/100;

İngilis dili biliyinin olması arzuolunandır;

Açıq fikirli, öyrənməyə və işləməyə həvəsli, komanda ruhuna sahib biri olmalıdır.

Kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə)

Microsoft Office

Təhsil tələbi: Ali təhsil müəssisələrinin aşağıdakı və ya əlaqəli mühəndislik ixtisasları üzrə bitirən məzunlar:

Elektrik mühəndisliyi;

Enerji mühəndisliyi;

Elektromexanika;

Avtomatika və idarəetmə.

Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Təcrübə
Ərazi:Bakı
İş kateqoriyası:Sənaye və istehsalat
Son müraciət tarixi:2026-04-03
Vəzifə dərəcəsi:Kiçik mütəxəssis
Elan paylaşılıb:24/03/2026
Maaş müzakirəyə əsasən

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 372 vakansiyanı gör