📍Alo Dayə
Alo Dayə şirkəti olaraq peşəkar və məsuliyyətli dayələrdən ibarət komanda formalaşdırırıq. Uşaqlara qayğı və inkişaf xidmətlərinin keyfiyyətini artırmaq məqsədilə yeni əməkdaşlar axtarışındayıq.
Hazırda 30–55 yaş aralığında, təhsilli, məsuliyyətli, uşaqlara qarşı sevgi və səbrlə yanaşan, rus dili biliyinə sahib xanımları komandamıza dəvət edirik.
Vakansiya haqqında
Alo Dayə-də fəaliyyət göstərmək istəyən namizədlər ilk olaraq dövlət tərəfindən təşkil olunan peşəkar dayə təlimlərində iştirak edəcəklər. Təlim müddətində namizədlərə dayəlik fəaliyyəti üçün zəruri olan nəzəri və praktiki biliklər öyrədilir.
Təlimləri uğurla başa vuran iştirakçılar rəsmi sertifikat əldə edirlər.
Təlimdən sonra nə baş verir?
Təlim mərhələsi başa çatdıqdan sonra namizədlər qiymətləndirilir və uyğun hesab olunan namizədlərlə Alo Dayə şirkəti tərəfindən əməkdaşlıq qurulur.
Bizim üçün yalnız təlimi bitirmək deyil, məsuliyyətli, işinə ciddi yanaşan və uzunmüddətli işləmək istəyən namizədlərlə əməkdaşlıq etmək əsas prioritetdir.
Alo Dayə-də əməkdaşlıq edən dayələrin fəaliyyəti rəsmi şəkildə həyata keçirilir.
Rəsmi əməkdaşlıq
Şirkətimiz tərəfindən əməkdaşlıq zamanı:
- Rəsmi əmək müqaviləsi bağlanılır;
- Əmək stajı rəsmiləşdirilir;
- Müvafiq sosial sığorta ödənişləri həyata keçirilir;
- Əmək münasibətləri qanunvericiliyə uyğun şəkildə qurulur;
- Namizədin peşəkar inkişafına və iş prosesinə dəstək göstərilir.
Biz dayəlik fəaliyyətini sadəcə bir iş kimi deyil, peşə və məsuliyyət tələb edən bir sahə kimi qəbul edirik. Buna görə də komandamıza qoşulan hər bir əməkdaşın həm peşəkar, həm də etik standartlara uyğun fəaliyyət göstərməsinə xüsusi önəm veririk.
Namizəddən gözləntilər
Vacib: Əgər məqsədiniz yalnız təlimdə iştirak etməkdirsə və təlimdən sonra işləmək niyyətiniz yoxdursa, bu vakansiya üzrə müraciət etməyiniz xahiş olunmur. Biz əməkdaşlıq etmək və real iş fəaliyyəti göstərmək istəyən namizədləri axtarırıq.
Alo Dayə haqqında
Alo Dayə uşaqlara peşəkar dayə xidməti göstərən və dayələrin hazırlanması, seçilməsi və ailələrlə uyğunlaşdırılması istiqamətində fəaliyyət göstərən şirkətdir.
Şirkət olaraq əsas məqsədimiz valideynlərə etibarlı, peşəkar və məsuliyyətli dayə xidməti təqdim etmək, eyni zamanda dayəlik sahəsində çalışan şəxslərin peşəkar hazırlığını və əmək münasibətlərinin rəsmiləşdirilməsini təmin etməkdir.
Namizədlərin peşəkar hazırlığına xüsusi önəm veririk. Bu səbəbdən əməkdaşlıqdan əvvəl təlim və qiymətləndirmə mərhələsi həyata keçirilir. Yalnız tələblərə cavab verən və işə məsuliyyətli yanaşan namizədlərlə əməkdaşlıq edilir.
Əgər siz uşaqlarla işləməyi sevirsinizsə, özünüzü bu sahədə inkişaf etdirmək və rəsmi əmək münasibətləri çərçivəsində peşəkar dayə kimi fəaliyyət göstərmək istəyirsinizsə, sizi komandamıza qoşulmağa dəvət edirik.
Müraciət etmək üçün CV-nizi göndərin.
- Uşaqlara düzgün və təhlükəsiz qulluq;
- Uşağın yaş xüsusiyyətləri və inkişaf mərhələləri;
- Uşaq psixologiyasının əsasları;
- Uşaqla düzgün ünsiyyət və davranış qaydaları;
- Gigiyena və təhlükəsizlik qaydaları;
- İlk yardım üzrə ilkin biliklər;
- Uşağın gündəlik rejiminin təşkili;
- Qidalanma və gündəlik qayğı;
- Praktiki dayə bacarıqları;
- Valideynlərlə düzgün kommunikasiya və peşəkar davranış.
- 30–55 yaş aralığında olmalıdır;
- Təhsilli olmalıdır;
- Rus dilini bilməlidir;
- Uşaqlara qarşı sevgi və səbrli münasibəti olmalıdır;
- Məsuliyyətli və intizamlı olmalıdır;
- Təmizliyə və şəxsi gigiyenaya diqqət etməlidir;
- Valideynlərlə düzgün ünsiyyət qura bilməlidir;
- İşinə ciddi yanaşmalıdır;
- Təlimlərdə iştirak etməyə hazır olmalıdır;
- Təlimdən sonra işləmək və uzunmüddətli əməkdaşlıq etmək niyyətində olmalıdır.

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.
İş elanlarını ilk sən gör!
Ən son vakansiyalardan anında xəbərdar olmaq üçün Telegram kanalımıza qoşul.
Vakansiyanı irəli çək
Daha çox namizədə çat
Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!
Vakansiyalar
400 — 450
Sirinnur
Maaş müzakirəyə əsasən
Vakansiyalar
Maaş müzakirəyə əsasən
Catering 145 Group
600 — 800
Vakansiyalar
850 — 900
Balique2023
900 — 1000
Vakansiyalar
400 — 500
Vakansiyalar
Maaş müzakirəyə əsasən