Daxili audit və təftiş üzrə menecer

Elanın vaxtı bitmişdir
1114 baxış
📍Melissa Group


İş şəraiti

  • İş qrafiki: 5 günlük iş qrafikinə əsasən tənzimlənir
  • Əməkhaqqı: 3500-4000 AZN
  • İş yeri: “Melissa Group” (Baş ofis)

Əsas vəzifə öhdəlikləri

  • Risk əsaslı daxili nəzarətin təşkili və risk əsaslı yoxlamaların həyata keçirilməsini təmin etmək;
  • Daxili nəzarət və təftiş funksiyasının icrası üçün müxtəlif analitik və operativ təhlil, təftiş, yoxlama proseslərinin planlanmasında və icrasında iştirak etmək;
  • Sifariş verilən mallarla, təhvil verilən malların uyğunluğunu nəzarətdə saxlamaq;
  • Həftəlik və aylıq satış hesabatı üzrə Firmalarla üzləşmə Aktları tərtib etmək hər iki tərəfə imzalatmaq;
  • Maliyyə hesabatlarının düzgünlüyünü, vergi, mühasibat uçotu və digər normativ-hüquqi aktlara uyğun aparıldığını yoxlamaq;
  • Maliyyə və uyğunluq auditlərinin vaxtında həyata keçirilməsini təmin etmək üçün audit prosesini aktiv şəkildə idarə edilməsi;
  • Maliyyə və material risklərinin aşkarlanması və qabaqlayıcı tədbirlərin görülməsi;
  • Gündəlik olaraq ödənilən vəsaitin təyinatını araşdirib həqiqiliyini yoxlamaq;
  • Borcla bağlı uyğunsuzluqları təsbit etmək, nəticəsini aktlaşdırıb Firma Rəhbərliyinə təqdim etmək;
  • Müəssisənin bölmələrində sayım, üzləşmə, yoxlama və inventarizasiya aparılmasını təşkil edir;
  • Əməkdaşlıq edilən şirkətlərə ödənişlərin borclara və satış şərtlərinə uyğun aparılmasının yoxlanılması;
  • Şirkətin anbarları arasında mal hərəkətinin 1C proqramında baxılması və əməliyyatların düzgünlüyünə nəzarət edilməsi;
  • Anbarlar üzrə mal qalıqlarının təhlili və uyğunlaşdırılması;
  • İllik Təftiş planının tərtibi və plana uyğun təftiş prosedurlarını həyata keçirmək.

Namizədə tələblər 

  • Ali təhsil (maliyyə, audit, mühasibatlıq, iqtisadiyyat və ya mühəndislik sahələri üzrə);
  • Minimum 3 il audit və ya təftiş sahəsində rəhbər vəzifədə iş təcrübəsi (tikinti sahəsində təcrübəyə üstünlük verilir) mütləqdir;
  • Maliyyə və tikinti sənədləri ilə işləmək bacarığı;
  • Qanunvericilik və audit standartları haqqında biliklər;
  • Yüksək analitik düşünmə və təhlil bacarığı;
  • MS Office proqramlarında (xüsusilə Excel) sərbəst işləmək bacarığı;
  • 1 C proqramında sərbəst işləmə bacarığı;
  • Müstəqil işləmək və hesabat vermək bacarığı;
  • Komandada işləmək və strukturla effektiv ünsiyyət bacarığı.

Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Daxili audit və təftiş üzrə menecer” qeyd edərək, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Yalnız müvafiq istiqamətdə rəhbər vəzifədə iş təcrübəsi olan namizədlərin CV-lərinə baxılacaq.
 

Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Bakı
İş kateqoriyası:Maliyyə
Son müraciət tarixi:2026-04-02
Vəzifə dərəcəsi:Mütəxəssis
Elan paylaşılıb:03/03/2026
3500 — 4000

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 372 vakansiyanı gör