Content Creator

Elanın vaxtı bitmişdir
801 baxış

Sharaf Media “Content Creator” - Reels və kontent ustası axtarır. Elə birini axtarırıq ki, Reels-lərlə düşünür, trendlərlə nəfəs alır və elə yazır ki, sonuna qədər baxmaq məcburi olsun.

Əgər brendi canlı seriala, hekayəyə, memə, dramaya, romana və ya çağırışa çevirə bilirsənsə…Elə isə bu vakansiya sənlikdir. 

Nə edəcəksən:

  • Reels üçün kreativ senarilər hazırlayacaqsan - elə senarilər ki, izlənilsin, paylaşılsın, müzakirə edilsin və rəqiblər tərəfindən “oğurlansın”
  • Sosial media üçün kontent planları yaradacaqsan
  • Trendləri Instagram və TikTok onların “ölüm hökmünü verməmişdən” əvvəl tutacaqsan

Səndə nələr olmalıdır:

  • Reels, hekayəçilik və qısa formatlı kontent üçün senari yazmaq bacarığı
  • Güclü portfolio
  • Yumor hissi, cəsarət, kreativlik - quru mətnlər bizə uyğun deyil
  • Instagram və TikTok alqoritmlərini anlamaq
  • İşləyən, diqqət çəkən və nəticə verən kontent yaratmaq istəyi
  • Komanda ruhu və operativlik

Bizdə nələr var: 

  • Bakının ən kreativ agentliklərindən birində iş - bəli, bu haqda ciddi danışırıq
  • Minlərlə, bəzən milyonlarla insanın görəcəyi böyük brend layihələri
  • Yaradıcı azadlıq - bizdə cəsarətli ideyalar dəyər görür

İş rejimi və ünvan:

  • B.e.–Cümə: 09:00–18:00
  • İstirahət günləri: Şənbə və bazar, həmçinin dövlət tərəfindən təyin edilmiş bütün rəsmi qeyri-iş günləri
  • Ünvan: Azure Business Center, 10-cu mərtəbə

Əmək haqqı:
Müsahibə əsasında təcrübə və portfolioya uyğun olaraq təyin olunacaq.
Cv və portfolionu “Content” başlığı ilə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına gözləyirik. 



 

Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Bakı
İş kateqoriyası:Marketinq
Son müraciət tarixi:2025-12-19
Vəzifə dərəcəsi:Mütəxəssis
Elan paylaşılıb:20/11/2025
Maaş müzakirəyə əsasən

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 372 vakansiyanı gör