Bravo Supermarket Azerbaijan olaraq “Çağrı mərkəzi üzrə agent” vəzifəsi üzrə işçi axtarışını elan edirik:
Öhdəliklər:
• Zəng, e-mail və "WhatsApp" mesajlarının cavablandırılması;
• Telefon, e-mail və "WhatsApp" vasitəsilə göndərilən müştəri sorğularına baxılması;
• Mövcud resurslardan istifadə etməklə zəruri məlumatların araşdırılması;
• Müştəri şikayətlərinə baxılması və şikayətlərin həll yollarınının tapılması;
• Müştərilərə məhsul və xidmətlər haqqında məlumat vermək;
• Sistemə yeni müştəri məlumatlarının daxil edilməsi;
• Mövcud müştəri məlumatlarının yenilənməsi;
• Sifarişlərin, formaların və ərizələrin emal edilməsi;
• Prioritet məsələlərin müəyyən edilməsi və rəhbərliyə məruzə edilməsi;
• Zənglərin müvafiq resurslara yönləndirilməsi;
• Bütün zəng məlumatlarının standart iş prosedurlarına uyğun olaraq sənədləşdirilməsi.
Tələblər:
• Biznesin idarə edilməsi, marketinq və ya iqtisadiyyat üzrə bakalavr dərəcəsi.
• Azərbaycan və Rus dilləri biliyi mütləqdir, ingilis dili üstünlük sayılır.
• "Microsoft Office" proqramları, Outlook istifadəçisi.
• Qeyd olunan dillərdə şifahi və yazılı ünsiyyət bacarıqları.
• Dinləmə qabiliyyəti.
• Problemlərin təhlili və həlli bacarıqları.
• Müştəri xidmətləri/məmnuniyyətinə meyllilik.
• Təşkilati bacarıqlar.
• Detallara qarşı diqqətli.
• Komanda şəklində işləmə bacarığı.
• Stressə davamlılıq.
• Qüsursuz və aydın nitq.
İş şəraiti:
Növbəli iş qrafiki
9:00-18:00
10:00-19:00
11:00-20:00
Maraqlanan namizədlər [email protected] email ünvanına “Çağrı mərkəzi üzrə agent” başlığı ilə CV göndərərək müraciət edə bilər.

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.
İş elanlarını ilk sən gör!
Ən son vakansiyalardan anında xəbərdar olmaq üçün Telegram kanalımıza qoşul.
Vakansiyanı irəli çək
Daha çox namizədə çat
Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!
Vakansiyalar
Minimum 450
Sirinnur
Maaş müzakirəyə əsasən
Vakansiyalar
620 — 800
Vakansiyalar
Maaş müzakirəyə əsasən
Vakansiyalar
600 — 700
Vakansiyalar
Minimum 740
Vakansiyalar
500 — 600
Vakansiyalar
Maaş müzakirəyə əsasən