Brand Manager (Yves Rocher)
Ineo Group Azərbaycanda Jacadi Paris, Yves Rocher və Mayoral kimi Avropa
brendlərinin rəsmi və eksklüziv nümayəndəsidir.
Hazırda biz brendin kommersiya nəticələrinə tam məsuliyyət daşıyacaq Brand
Manager axtarırıq.
Bu rol marketinqdən ibarət deyil.
Bu rol — satış, stok, qiymət və kampaniyalar üzərindən real biznes idarəçiliyidir.
Vəzifə öhdəlikləri
Kommersiya və Kateqoriya İdarəçiliyi
● Brend üzrə satış nəticələrinin idarə olunması (skincare, fragrance, body,
haircare);
● Məhsul çeşidinin, setlərin və aksessuarların planlanması;
● Qiymət siyasətinin formalaşdırılması və marjanın nəzarətdə saxlanılması.
Stok və Təchizat İdarəçiliyi
● Stokların gündəlik monitorinqi və optimal bölüşdürülməsi;
● Mağazalararası transferlərin effektiv idarə olunması;
● Köhnəlmiş və ya dövriyyəsi zəif məhsullar üzrə tədbirlərin görülməsi;
● Sifarişlərin, büdcənin və təchizat planının düzgün qurulması.
Kampaniyalar və Satış Artımı
● Aylıq kampaniyaların hazırlanması (endirimlər, bundle, hədiyyə mexanikaları);
● Kampaniyaların kommersiya effektivliyinin təmin edilməsi;
● Nəticələrin analizi və optimallaşdırma.
Analitika və Proqnozlaşdırma
● Satış, stok dövriyyəsi və məhsul performansının təhlili;
● Tələbatın proqnozlaşdırılması;
● Rəhbərlik və partnyorlar üçün hesabatların hazırlanması.
İcra və Koordinasiya
● Mağaza komandaları ilə həftəlik iş;
● Kampaniyaların mağazalarda düzgün icrasına nəzarət;
● 1C sistemində məlumatların düzgün idarə olunması.
Partnyorlarla İş
● Xarici brend tərəfdaşları ilə kommunikasiya;
● Strukturlaşdırılmış biznes hesabatlarının təqdim edilməsi.
Namizəd üçün tələblər
● Yalnız xanım namizədlər;
● Brend menecer və ya oxşar vəzifədə pərakəndə satış sahəsində minimum 5 il
təcrübə (kosmetika/FMCG üstünlükdür);
● Analitik düşüncə və rəqəmlərlə işləmə bacarığı;
● Stok, qiymət və satış idarəçiliyində praktiki təcrübə;
● 1C proqramı ilə işləmə bacarığı;
● Azərbaycan, rus və ingilis dillərində sərbəst ünsiyyət.
Uğur göstəriciləri
● Satışların davamlı artımı
● Balanslı stok (overstock və stockout olmadan)
● Effektiv kampaniyalar (satış + marja)
● Aydın və strukturlaşdırılmış hesabatlılıq
İş qrafiki: 5/2, 08:00-17:00
Əmək haqqı: Namizədin bilik və təcrübəsi, o cümlədən bazar qiymətlərinə uyğun
şəkildə qarşılıqlı razılaşdırılacaqdır + KPİ
Müraciət üçün:
Maraqlanan namizədlərdən mövzu sətrində “Brand manager” qeyd etməklə
[email protected] ünvanına CV göndərmələri tələb olunur.

Ineo is a retail group with a portfolio of children's clothing brands as well as cosmetics. We are a company which prides itself in strong expertise and understanding of children's clothing, with strong presence in niche-bridge segments.
Vakansiyanı irəli çək
Daha çox namizədə çat
Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Vakansiyalar
Maaş müzakirəyə əsasən

Vakansiyalar
Maaş müzakirəyə əsasən

Social Lab Agency
700 — 1000

Vakansiyalar
Maaş müzakirəyə əsasən

Vakansiyalar
Maaş müzakirəyə əsasən

Vakansiyalar
Maaş müzakirəyə əsasən

Vakansiyalar
Maaş müzakirəyə əsasən

Vakansiyalar
Maaş müzakirəyə əsasən