Biznes Proseslərin İdarəedilməsi üzrə Kiçik Mütəxəssis

Elanın vaxtı bitmişdir
592 baxış

Təsvir

·       Bankın normativ sənədlər taksonomiyasını idarə etmək və Biznes Proseslərinin İdarə olunması (BPM) üzrə sənədlərin (siyasətlər, qaydalar, metodologiyalar, biznes proseslər, proseduralar, əməliyyat göstərişləri və s. ) qanunvericiliyə uyğunluğunu tənzimlənməsi;

·       Bütün struktur vahidləri ilə birlikdə hazırlanan Biznes Proseslər Toplusunda (BPU) dəyişikliklərin idarə olunması;

·       Normativ sənədlərin yaradılması və təsdiqindən tutmuş, arxivləşdirilməsinə qədər bütün mərhələlərinin idarə edilməsi;

·       Normativ sənədlərdə formatlaşdırma, terminologiya və üslubun standartlara uyğunluğunun təmin edilməsi;

·       Proseslərin hazırlanması və təkmilləşdirilməsi;

·       RPA layihəsi çərçivəsində əl ilə görülən işlərin müəyyən edilməsi, vaxtının ölçülməsi və RPA layihəsi ilə məşğul olan müvafiq əməkdaşlara biznes prosesi modellərini inkişaf etdirmək üçün qabaqcıl modelləşdirmə üsullarından istifadə edilməsi;

·       Biznes proseslərə edilən dəyişikliklərin, eləcə də funksiyalar arası təkliflərin vaxtında sənədləşdirilməsi, dəyişikliklərin aydın göstərilməsi və bütün tərəfdaşlarla razılaşdırılmasının təmini;

·       Struktur səmərəliliyi və effektivliyinin təkmilləşdirilməsi məqsədi ilə vəzifə və öhdəliklərdə dəyişiklik tələb olunduğu təqdirdə İR və Biznes vahidlərinə lazımi dəstək göstərilməsi;

·       Proseslə bağlı problemlər ortaya çıxdığı halda effektiv həllər tapmaq üçün analitik və problem həll etmə bacarıqlarından istifadə edilməsi;

·       Struktur vahidləri ilə birlikdə prosesin optimallaşdırılması üzrə təkliflərin və prosesin arzu olunan halının hazırlanması və tələb olunan məlumatların toplanıb araşdırılması

·       Büdcədənkənar işə qəbul lazım olduqda və ya strukturlara yeni iş ötürüldükdə İR sorğusu əsasında iş yükünün ölçülməsi;

·       Prosesin icrasının təhlili, problemin kökünün müəyyənləşdirilməsi və prosesin optimallaşdırılması üçün zəruri hesabatların tələb olunması;

·       Audit aşkarlanması və insidentlərin bağlanması üçün struktur vahidlərinə kömək edilməsi.

Tələblər

·       İqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili

·       Öz funksiyasında 3 ay iş təcrübəsi

·       Six Sigma Green Belt üzrə sertifikata üstünlük verilir

·       Güclü ünsiyyət bacarığı, konflikti həll etmək, işgüzar danışıqlar aparmaq, innovativ düşüncə və özünü inkişafı təbliğ etmək bacarığı.

·       İngilis dili (səlis), Rus (səlis)

·       Microsoft Office (Excel) MS Visio, Fox – manager, Minitab

Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Bakı
İş kateqoriyası:Maliyyə
Son müraciət tarixi:2025-07-31
Vəzifə dərəcəsi:Kiçik mütəxəssis
Elan paylaşılıb:24/06/2025
Maaş müzakirəyə əsasən

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 372 vakansiyanı gör