Baş Mühasib

Elanın vaxtı bitmişdir
868 baxış

Xaçmaz rayonunda yerləşən müəssisəmizdə "Baş Mühasib" vakansiyası çərçivəsində yeni əməkdaş axtarışındayıq.

💼Baş Mühasib

Tələblər: 

• Maliyyə, Mühasibat uçotu və ya İqtisadiyyat üzrə Ali təhsil 
• Müvafiq sahədə minimum 5 il, baş mühasib və ya mühasibatlıq rəhbəri vəzifəsində isə minimum 3 il iş təcrübəsi (İstehsalat sahəsində təcrübə üstünlükdür)
• PMS sertifikatı zəruridir
• ACCA sertifikatları üstünlükdür
• AR Vergi Məcəlləsi, Əmək Məcəlləsi və Mühasibat uçotu haqqında qanunu mükəmməl bilmək;
• 1C 8.3 (ERP) və MS Excel (mükəmməl səviyyədə)
• Azərbaycan dili (səlis), İngilis və ya Rus dili bilikləri arzuolunandır

Vəzifə Öhdəlikləri:

• “Mühasibat uçotu haqqında” AR Qanununu, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını (MHBS) və vergi qanunvericiliyini rəhbər tutaraq mühasibat uçotunun aparılmasını təmin etmək
• Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotunu aparmaq, onların hərəkəti ilə bağlı əməliyyatları vaxtında və düzgün şəkildə mühasibat uçotunda (və müvafiq registrlərdə) əks etdirmək
• Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının uçot hesablarında düzgün əks etdirilməsinə, ilkin mühasibat sənədlərinin tərtibinə və ödəniş öhdəliklərinin icrasına nəzarət sistemini qurmaq
• Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsinə və pul vəsaitlərinin hərəkətinə daimi nəzarət etmək
• Debitor və kreditor borcların uçotunu aparmaq, podratçı və müştərilər ilə müntəzəm olaraq üzləşmələrin keçirilməsini təmin etmək
• Əməkhaqqı, məzuniyyət, ezamiyyə və digər ödənişlərin AR Əmək Məcəlləsinə uyğun hesablanmasına və icrasına nəzarət etmək
• Müəssisənin gəlir və xərclərinin dəqiq uçotunu aparmaq, maliyyə nəticələrini müəyyən etmək
• Vergi orqanları üçün tələb olunan hesabatların (Vahid bəyannamə, ÖMV, ƏDV və s.) hazırlanmasını və qanunvericiliklə müəyyən edilmiş müddətdə təqdim edilməsini təmin etmək
• Vergi risklərini öncədən müəyyən etmək, onları minimuma endirmək üçün müvafiq tədbirlər görmək və rəhbərliyə təkliflər vermək.

📌İş qrafiki: 5 günlük 
📍İş yeri: Xaçmaz

📩Müraciət:
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçt ünvanına göndərərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Baş Mühasib (Xaçmaz)” qeyd etməyiniz xahiş olunur.

Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Xaçmaz
İş kateqoriyası:Maliyyə
Son müraciət tarixi:2026-05-14
Vəzifə dərəcəsi:Baş mütəxəssis
Elan paylaşılıb:16/04/2026
Maaş müzakirəyə əsasən

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 358 vakansiyanı gör