Baş mühasib

Elanın vaxtı bitmişdir
552 baxış

A.Y,S-60 MMC

 

Vəzifə öhdəlikləri

  • Müəssisə tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında və uçot registrlərində düzgün əks etdirilməsinə nəzarət etmək.
  • Mühasibat uçotu standartlarına, normativ tələblərə və vergi qanunvericiliyinə uyğunluğuna nəzarət etmək.
  • Mühasibat uçotu siyasətini hazırlamaq və tətbiqinə rəhbərlik etmək.
  • Aylıq, rüblük və illik vergi hesabatlarının və arayışların hazırlanması və təqdim edilməsi, hesabatların vəziyyətinin izlənilməsi, daxil olan kameral uyğunsuzluq məktublarının və sorğuların cavablandırılması, zəruri hallarda vergi orqanlarında təmsilçilik.
  • Vergilərin düzgün və vaxtında ödənilməsinə nəzarət.
  • Vergi qanunvericiliyində baş verən dəyişikliklərdən xəbərdar olmaq və vergi öhdəliklərini minimuma endirmək, vergi strukturunu optimallaşdırmaq üçün strategiyalar tətbiq etmək.
  • Müəssisənin vergi risklərini hesablamaq və rəhbərliyə bu barədə hesabatları zamanında təqdim etmək.
  • Xarici və daxili hesabatların təqdim edilmə müddətlərini effektiv şəkildə idarə etmək, bütün normativ və maliyyə hesabatı tələblərinə riayət olunmasına nəzarət etmək.
  • Mühasibat uçotu, qeydiyyat, dövr sonu bağlanış proseslərini təşkil və nəzarət etmək, sənədlərin saxlanması üzrə tələblərə uyğunluğu təmin etmək.
  • Debitor və kreditor borclarına nəzarət və mütəmadi üzləşdirmələrin aparılmasına nəzarət etmək.
  • Pul vəsaitlərinin hərəkətinə nəzarət etmək, banklarla münasibətləri idarə etmək və müəssisənin işlək kapitalını optimallaşdırmaq.
  • Əsas vəsaitlərin, mal-material ehtiyatlarının və digər qiymətlilərin dövri və tələb olunan müddətlərdə inventarizasiyasını təşkil və ona nəzarət etmək, nəticələrinin rəsmiləşdirilməsini təmin etmək.
  • İdxal və istehsal olunmuş məhsulların maya dəyərinin hesablanması.
  • Daxili maliyyə nəzarəti və şirkət prosedurlarına uyğunluğun təmin edilməsi.
  • Banklarla, auditorlarla və vergi orqanları ilə münasibətləri qoruyub saxlamaq, əməliyyatların fasiləsizliyi və aydın kommunikasiyanı təmin etmək.
  • Vergi yoxlamaları və audit prosesləri üçün tələb olunan məlumatları təqdim etmək, auditorlarla əməkdaşlıq etmək və vergi tələblərinə uyğunluğu təmin etmək.
  • Mühasibatlıq şöbəsinin iş bölgüsünə və təlimatlandırılmasına dəstək göstərmək, əməkdaşların fəaliyyətinə nəzarət etmək.
  • Mühasibatlıq əməliyyatlarının ERP sisteminə düzgün işlənməsini təmin etmək və sistem üzrə inkişaflara dəstək olmaq.

Tələb olunanlar:

  • Təhsil: Ali təhsil (Mühasibatlıq, Maliyyə, İqtisadiyyat ixtisasları üzrə bakalavr dərəcəsi).
  • Tələb olunan iş təcrübəsi: mühasibatlıq sahəsində minimum 5-7 il,1 il rəhbər vəzifəsində.
  • Vergi və Əmək qanunvericiliyi üzrə yüksək bilik səviyyəsi.
  • Debitor-kreditor idarəçiliyi.
  • Elektron hökumət portalı ilə işləmə bacarığı.
  • 1C və digər proqramlar ilə yüksək işləmə bacarığı.
  • MS Office (xüsusilə Excel bilikləri) – yüksək səviyyədə.

İş yeri: Abşeron rayonu, Mehdiabad qəsəbəsi.

Maraqlanan namizədlər öz CV-lərini mövzu hissəsində Baş mühasib qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Bakı
İş kateqoriyası:Maliyyə
Son müraciət tarixi:2026-04-23
Vəzifə dərəcəsi:Baş mütəxəssis
Elan paylaşılıb:24/03/2026
Maaş müzakirəyə əsasən

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 372 vakansiyanı gör