Vəzifə funksiyaları
Yeni brendlərin yaradılması (brendinq) və ya mövcud brendlərin yenidən markalaşması (rebrendinq) proseslərində aktiv iştirak etmək;
Neyminq, marka dilini (ton of voice) və əsas mesajlarının formalaşdırılmasını təmin etmək;
360 dərəcəli bütün kommunikasiya kanallarında kommunikasiyanın aparılmasında kreativ həllər irəli sürmək;
Televiziya reklam çarxları, radio spot ssenariləri, çap materialları, bilbordlar və SMS mətnləri daxil olmaqla effektiv mətnlər hazırlamaq;
Güclü və cəlbedici reklam sloqanları, yaradıcı konsept və storitellinqlər yazmaq;
Yazılı məzmunun hüquqi, etik, qrammatik və orfoqrafik standartlara tam uyğunluğunu yoxlama və redaktə etmək;
Kopirayter komandası, eləcə də digər məzmun mütəxəssislərinə dəstək olmaq, tapşırıqları bölüşdürmək və işin keyfiyyətinə nəzarəti təmin etmək;
Departament arasındakı digər əməkdaşlarla sıx əməkdaşlıq etmək;
Dizayn, SMM komandalarına, influenser və reklam agentliklərinə düzgün briflər ötürmək;
Təyin olunmuş tarixlərdə (deadline) tapşırıqları düzgün təhvil vermək.
Digər şərtlər
Kopiraytinq sahəsində minimum 3-4 il təcrübə;
Reklam agentliyi təcrübəsi mütləqdir;
Müxtəlif auditoriyalara uyğun üslubda yazmaq bacarığı;
Qrammatik biliklər;
Kreativlik, analitik düşüncə, diqqətcil olmaq;
Operativ və düzgün qərar vermə;
Vaxt və tapşırıq idarə etmə.
Dil biliyi
- Azərbaycan - Mükəmməl
- İngilis - Yüksək
Kompüter biliyi
Tələb olunmur