· Dövlət xidmətlərinin həyat hadisəsi, vahid pəncərə və istifadəçi mərkəzli yanaşma əsasında end-to-end dizaynının metodoloji və strateji səviyyədə idarə edilməsi;
· Dövlət xidmətlərinin As-Is və To-Be proses modellərinin yalnız operativ deyil, proses arxitekturası və xidmət portfeli səviyyəsində inteqrasiyalı şəkildə qurulması və uyğunluğunun təmin edilməsi;
· Xidmətlərin optimallaşdırılması, sadələşdirilməsi, avtomatlaşdırılması və rəqəmsallaşdırılması üzrə strateji təşəbbüslərin hazırlanması, prioritetləşdirilməsi və qərarvermə səviyyəsində əsaslandırılması;
· BPMN 2.0, Service Blueprint, CJM, Value Stream Mapping və digər beynəlxalq modelləşdirmə metodologiyalarının tətbiqi üzrə metodoloji standartların müəyyən edilməsi və tətbiqinə nəzarət edilməsi;
· Dövlət xidmətlərinin göstərilməsində iştirak edən informasiya sistemləri, reyestrlər, API inteqrasiyaları, məlumat axınları və orkestrasiya məntiqinin yüksək səviyyədə təhlil edilməsi;
· Rəqəmsal transformasiya təşəbbüsləri çərçivəsində dövlət qurumları, platforma komandaları, texniki bölmələr və digər maraqlı tərəflər arasında dizayn səviyyəli koordinasiyanın strateji şəkildə təşkili;
· Xidmət dizaynı artefaktlarının (Service Blueprint, As-Is/To-Be, Use Case, User Story, Business Rules, Service Catalogue və s.) vahid standartlara uyğun hazırlanmasına metodoloji rəhbərlik və keyfiyyətə nəzarət;
· Rəqəmsal xidmətlərin performans göstəricilərinin (SLA, KPI, drop-off, istifadəçi məmnuniyyəti və s.) təhlili əsasında xidmətlərin davamlı təkmilləşdirilməsi mexanizmlərinin qurulması;
· BRD, FRD, SRS, Service Design Document (SDD) və digər normativ-texniki sənədlərin hazırlanması prosesinin metodoloji idarə edilməsi və ekspert səviyyəsində hazırlanması;
· Rəhbərliyin tapşırıqlarına uyğun olaraq analitik araşdırmaların aparılması, nəticələrin ümumiləşdirilməsi və təqdim edilməsi;
· Komanda üzvlərinə metodoloji dəstəyin göstərilməsi, bilik ötürülməsi və analitik yanaşmaların standartlaşdırılması.
Tələblər
· Ali təhsil (İnformasiya Texnologiyaları, Biznes Analitika, Sistem Analizi və ya əlaqəli sahələr üzrə üstünlükdür);
· Vəzifə üzrə minimum 5+ il iş təcrübəsi (xüsusilə dövlət xidmətləri, rəqəmsal transformasiya və ya iri miqyaslı İT layihələrdə);
· Xidmət dizaynı, proses arxitekturası və biznes analitika sahəsində dərin biliklər;
· Dövlət xidmətlərinin rəqəmsallaşdırılması kontekstində As-Is / To-Be modelləri, Service Blueprint, Customer Journey Map və Life Event əsaslı dizayn üzrə praktiki təcrübə;
· BPMN 2.0, UML, proses modelləşdirmə, xidmət xəritələnməsi və sistem analiz alətləri üzrə yüksək səviyyəli bilik və tətbiq təcrübəsi;
· Kompleks və çoxqurumlu xidmətlərin (end-to-end) dizaynı üzrə təcrübə;
· Texniki biliklər: sistem arxitekturası və mikroxidmət yanaşması barədə anlayış, API və inteqrasiya prinsipləri, məlumat modelləri və reyestr əsaslı yanaşma, istifadəçi mərkəzli dizayn prinsipləri;
· Rəqəmsal hökumət, xidmət portfeli idarəetməsi və metodoloji sənədlərin (BRD, FRD, SRS, ToR və s.) hazırlanması və yoxlanılması üzrə geniş təcrübə;
· Strateji və sistemli düşünmə, mürəkkəb problemləri arxitektura səviyyəsində strukturlaşdırmaq və həll etmək bacarığı;
· Maraqlı tərəflərlə (nazirliklər, dövlət qurumları, texniki komandalar, vendorlar) yüksək səviyyədə kommunikasiya və fasilitasiya bacarıqları;
· Jira, Confluence, Figma, BPMN modelləşdirmə alətləri (Bizagi, Camunda Modeler və s.) və analitik alətlərlə peşəkar səviyyədə işləmək bacarığı;
· Azərbaycan dili – əla, İngilis dili – yüksək səviyyədə (metodoloji və texniki sənədlərlə işləmək və təqdimat etmək qabiliyyəti).

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.
Vakansiyanı irəli çək
Daha çox namizədə çat
Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Vakansiyalar
1200 — 1500

Vakansiyalar
Maaş müzakirəyə əsasən

Vakansiyalar
Maaş müzakirəyə əsasən

PRO Team
800 — 1000

Vakansiyalar
Maaş müzakirəyə əsasən

Vakansiyalar
Maaş müzakirəyə əsasən

Vakansiyalar
Minimum 600

Vakansiyalar
700 — 1000