Avtomatlaşdırma və elektronika üzrə aparıcı mühəndis

Elanın vaxtı bitmişdir
321 baxış

Təsvir

  • Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək, avtomatlaşdırma və kontrol sistemlərinin ehtiyac və hədəflərə uyğunluğu barədə rəhbərliyə tövsiyələrlə birgə hesabat təqdim etmək;
  • Layihələndirmədə avtomatlaşdırma və kontrol sistemlərinin məlumatlarını, estetik, texniki tələblərə və ətraf mühitə uyğunluğu yönündən yoxlamaq və layihəçiləri bu tələblərə istiqamətləndirmək;
  • Layihələndirmədə avtomatlaşdırma və kontrol sistemlərinin məlumatlarının Azərbaycan Respublikası qanunvericiliyinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərinin, eləcə də əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək;
  • Təhkim olunduğu layihə müdirinin komandasında fəaliyyət göstərmək və layihələndirmə prosesinə daxil olan tərəflərlə sıx əməkdaşlıq etmək;
  • Layihələndirmə müddətlərinin avtomatlaşdırma və kontrol hissəsinin təyin edilməsi barədə müvafiq məsləhətləri vermək və bütün mərhələlərdə İş Qrafikinin layihələndirməyə aid iş həcmlərinə uyğunluq nöqteyi-nəzərdən yoxlamaq;
  • Layihənin tender prosesinə texniki dəstək vermək, avtomatlaşdırma və kontrol sistemlərinin spesifikasiyaları və iş həcmlərini yoxlayıb müvafiq texniki rəy vermək;
  • Layihənin avtomatlaşdırma və kontrol sistemlərinin sınaq və yoxlamalarında, təhvil-təslim prosesində iştirak etmək;
  • Layihələndirmə müddətlərinin avtomatlaşdırma və kontrol hissəsinin təyin edilməsi barədə müvafiq məsləhətləri vermək və bütün mərhələlərdə İş Qrafikinin layihələndirməyə aid iş həcmlərinə uyğunluq nöqteyi-nəzərdən yoxlamaq;
  • Layihənin tender prosesinə texniki dəstək vermək, avtomatlaşdırma və kontrol sistemlərinin spesifikasiyaları və iş həcmlərini yoxlayıb müvafiq texniki rəy vermək;
  • Layihənin avtomatlaşdırma və kontrol sistemlərinin sınaq və yoxlamalarında, təhvil-təslim prosesində iştirak etmək.

Tələblər

  • Ali Təhsil :Avtomatlaşdırma mühəndisliyi üzrə ali təhsil;
  • İş təcrübəsi :Müvafiq sahə üzrə sifarişçi olaraq 2 il işləməklə, azı 5 il (tikinti və ofis) iş təcrübəsi; Sınaq və sazlama (testing & commissioning) işləri üzrə azı 2 il iş təcrübəsi;
  • BMS, SCADA, yanğın siqnalizasiya, avtomatlaşdırılmış qəza və səsli təxliyə, karbon monoksid siqnalizasiyası, audio-vizual sistemlər, multimedia sistemləri, interkom, işıqlandırma avtomatlaşdırılması, avtomatlaşdırılmış yanğın söndürmə sistemləri, kartlı keçid və turniket sistemləri, kamera və müşahidə sistemləri, xüsusi alarm
  • sistemləri və digər avtomatlaşdırma və kontrol sistemləri haqqında nəzəri və praktiki biliklər;
  • Mexanik, elektrik və İT sistemləri ilə bağlı fundamental texniki biliklər;
  • Avtomatlaşdırma şəbəkə bilikləri və xəbərləşmə protokolları;
  • Texniki problemlərin praktiki və ya nəzəri həll edilməsi;
  • Layihələrin təhvil-təslim prosesinin idarəedilməsi;
  • Tikinti normativ sənədlər barədə biliklər: AzDTN, AZ YTS, EN, IEC, BS, NFPA, ISA, ANSI/TIA, ASHRAE, IEEE;
  • Dil bilikləri: Azərbaycan dili - səlis; İngilis dili – yaxşı;
  • Kompüter bilikləri: MS Office, AutoCAD.
Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Bakı
İş kateqoriyası:Sənaye və istehsalat
Son müraciət tarixi:2025-05-31
Vəzifə dərəcəsi:Aparıcı mütəxəssis
Elan paylaşılıb:16/05/2025
Maaş müzakirəyə əsasən

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 372 vakansiyanı gör