Anbar fəhləsi (Sabirabad)

Elanın vaxtı bitmişdir
378 baxış

Təsvir

  • Əmtəə-maddi sərvətlərin anbara qəbul və buraxılması, lazım gəldikdə geri qaytarılması proseslərində iştirak etmək; malların anbar sahəsinə düzgün yerləşdirilməsini təmin etmək və bu zaman effektiv sahə istifadəsini nəzərə almaq.
  • Mal-material, inventar, təkər, motor yağı, sürtkü yağları və zəhərli dərmanların boşaldılması və yüklənməsi proseslərini təhlükəsizlik qaydalarına uyğun şəkildə həyata keçirmək.
  • Anbar daxilində bütün yükləmə-boşaltma proseslərini yükqaldırıcı platforma və avtoyükləyici texnika vasitəsilə təhlükəsiz şəkildə icra etmək; malların stellajlara yığılması və götürülməsi zamanı göndəriş sənədlərinə uyğun işləmək.
  • Sifarişçilərə malların təhvil verilməsi zamanı, malların sayılması və yüklənməsi prosesində aktiv iştirak etmək və yüklərin anbar maşınlarına yerləşdirilməsində təhlükəsizlik qaydalarına riayət etmək.
  • Anbar müdirinin, baş anbardarın və anbardarların göstərişlərinə əsasən sayım, yerləşdirmə, təmizlik və təhlükəsizlik işlərini yerinə yetirmək.
  • Anbarın yanğından mühafizə və ümumi təhlükəsizlik texnikası qaydalarına ciddi riayət etmək.
  • Anbarın və fərdi iş yerinin təmiz və səliqəli saxlanması, ehtiyac olduqda mərkəzi anbarın ümumi təmizliyində iştirak etmək.
  • Nasazlıq və texniki uyğunsuzluqları aşkar etdikdə dərhal anbar rəhbərliyinə məlumat vermək.
  • İş sahəsində müəssisənin prosedur və ətraf mühit tələblərinə uyğun şəkildə tullantıların təmizlənməsini və təhlükəsiz iş şəraitinin təmin olunmasını həyata keçirmək.

Tələblər

Tələblər:

  • Orta təhsil;
  • Müvafiq sahədə ən azı 1 (bir) il iş təcrübəsi;
  • Daxili əmək rejimi, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə əsas qaydaları bilməli;
  • Avtoyükləyici ilə işləmək üçün xüsusi sertifikat və vəsiqə arzuolunandır.

 

Səriştə və bacarıqlar:

  • Komandada işləmək bacarığı;
  • Məsuliyyətli və etibarlı yanaşma;
  • Düzgünlük və intizamlılıq;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizə sahəsində zəruri biliklərə malik olmaq.
Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Sabirabad
İş kateqoriyası:Xidmət
Son müraciət tarixi:2025-09-08
Vəzifə dərəcəsi:Kiçik mütəxəssis
Elan paylaşılıb:01/08/2025
Maaş müzakirəyə əsasən

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 372 vakansiyanı gör