Sən də "AHİK Könüllüləri"nə qoşul!* 📢
Ölkəmizin rifahı naminə çalışan, əmək, sosial-iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsinin təbliğınə töhfə verən ictimai fəal könüllü şəbəkəsinin formalaşdırılması, eləcə də gənclərin bilik və bacarıqlarının artırılmasına və fərdi inkişafına dəstək göstərilməsi məqsədilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən könüllülük proqramı həyata keçirilir!
Proqram çərçivəsində könüllülərimiz əsasən aşağıdakı istiqamətlərdə fəaliyyət göstərəcəklər:
🔹️AHİK-in sosialyönümlü layihələrinin təşkilində, maarifləndirici tədbirlərdə iştirak;
🔹️AHİK tərəfindən keçirilən tədbirlərə, forum və seminarlara təşkilində, maarifləndirici tədbirlərdə iştirak;
🔹️AHİK tərəfindən keçirilən tədbirlərə, forum və seminarlara təşkilati dəstəyin göstərilməsi;
🔹️AHİK-in üzv və tabe təşkilatlarının gündəlik iş həyatında iştirak etməklə, bilik və bacarıqlarını artırmaq, təcrübə qazanmaq imkanı.
⏳️Proqramın müddəti:
Könüllülük proqramı 3 aylıq müddəti əhatə edir. Bu dövr ərzində könüllülər qeyd olunan sahələr üzrə fəaliyyətə cəlb olunaraq komanda işi və praktiki əmək vərdişlərinə yiyələnəcəklər.
🔍Sizi nələr gözləyir?
Üç aylıq proqramı uğurla başa vuran, nizam-intizamı və fəallığıilə fərqlənən gənclərə AHİK tərəfindən sertifikat və müsbət xasiyyətnamə (tövsiyə məktubu) təqdim olunacaq.
AHİK Könüllüsü olmaq üçün kimlər müraciət edə bilər?
✔️Azərbaycan Respublikasının vətəndaşı olan 18-29 yaş arası gənclər;
✔️analitik düşünmə qabiliyyətli gənclər;
✔️təhsil alan və ya məzun olan gənclər;
Qeyd: Xarici dil biliyinin və daha əvvəl könüllülük təcrübəsinin olması üstünlükdür.
Tələblərlə tanış olduqdan sonra "Bu proqram məhz mənim üçündür" deyirsinizsə, vaxt itirmədən aşağıdakı linkə daxil olaraq komandamıza qoşulun!
📌Qeydiyyat üçün keçid: https://lnkd.in/dY5awtui
🗓Müraciətlərin qəbulu üçün son tarix: 30 aprel 2026-cı il

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.
Vakansiyanı irəli çək
Daha çox namizədə çat
Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Vakansiyalar
Maaş müzakirəyə əsasən

Vakansiyalar
Maaş müzakirəyə əsasən

Vakansiyalar
Maaş müzakirəyə əsasən

Vakansiyalar
Maaş müzakirəyə əsasən

Vakansiyalar
Maaş müzakirəyə əsasən

Vakansiyalar
Maaş müzakirəyə əsasən

Vakansiyalar
Maaş müzakirəyə əsasən

Vakansiyalar
Maaş müzakirəyə əsasən