“Rabitəbank” ASC Ağsu filialı üzrə Kredit administratoru vəzifəsinə işə qəbul elan edir.
Ölkənin ən iri banklarından biri olan “Rabitəbank” ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.
Vəzifə öhdəlikləri:
- Kredit üzrə sənədlərin tərtib və təsdiq olunması;
- Kreditlərin prosedurlara uyğun verilməsinə nəzarət, avtorizasiya səlahiyyəti;
- Kredit sənədlərinin tamlığına cavabdehlik;
- Girov təminatlarının sistem üzrə qeydiyyatına nəzarət və girovdan azad məktublarının hazırlanması;
- Silinmələr prosesinin mərkəzləşdirilməsində iştirak;
- Kredit inzibatçılığı üzrə digər icra və nəzarət işləri.