Təhsil və elm

🌍 Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçiriləcək
Oktyabrın 5-də Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçiriləcək.
🤝 Beynəlxalq Forum Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı, “Regional İnkişaf” İctimai Birliyi və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə hibrid formada reallaşacaq.
🎯 Forumun əsas məqsədi təhsildə yeni çağırışları müzakirə etmək, emosional balans, şüurlu qavrayış və rifahı dəstəkləyən yanaşmaları önə çıxarmaq, məktəb mühitinin pedaqoji dizaynı, davranış memarlığı və rəqəmsal pəhriz kimi müasir yanaşmalara diqqət yetirmək və insan mərkəzli təhsil mühitinin inkişafına töhfə verməkdir.
Forum təhsildə emosional balans, şüurlu qavrayış və rifah, məktəb mühitinin pedaqoji dizaynı, davranış memarlığı, rəqəmsal pəhriz mövzularını əhatə edəcək.
Ödənişlə bağlı məlumat almaq üçün tnetwork_global intagram səhifəsinə yaza bilərsiniz.
🎤 Spikerlər:
🔹 Andreas Şleyxer, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının təhsil və bacarıqlar üzrə direktoru
🔹 Anoşirvan Mianci, TOBB İqtisadiyyat və Texnologiya Universitetinin Süni İntellekt Mühəndisliyi kafedrasında elm və fəlsəfə üzrə koordinator, müəllim və yazıçı
🔹 Gert Guriev, Estoniyada təhsil müəssisələrinin memarlığı üzrə ixtisaslaşmış memar
🔹 Mike Thiruman, Sinqapur Müəllimlər İttifaqının baş katibi
🔹 Avqustin Porres, Varkey Fondunun direktoru
💬 Forum zamanı nüfuzlu professor Ziya Səlcuqla sual-cavab sessiyası da keçiriləcək.
Forum çərçivəsində “Təhsildə yüksək nəticə gözləntisi ilə şagirdin rifahı arasında sağlam balansı necə qurmaq olar?”, “Öyrənənləri “daha çox bilən”dən “daha şüurlu düşünən” insanlara necə çevirə bilərik?”, “Şagirdin və müəllimin özünü aid hiss etdiyi, davranışın müsbət istiqamətə yönəldiyi məktəb mühitini qurmaq üçün hansı təcrübələr nəzərdən keçirilməlidir?”, “Rəqəmsal pəhrizin məqsədi sadəcə ekran vaxtını azaltmaq yox, uşağın diqqətini və vaxtını daha dəyərli fəaliyyətlərə yönəltməkdirsə, məktəb bunun üçün hansı alternativləri yaratmalıdır? Ümumiyyətlə, rəqəmsal pəhriz təhsildə yeni savadlılıq növünə çevrilə bilərmi?” və digər suallar ətrafında müzakirələr aparılacaq.

Tədbiri irəli çək
Daha çox iştirakçıya çat