Sənaye və istehsalat
“Təcrübə danışır”

📢 “Təcrübə danışır” layihəsinə start verilir!
Layihə çərçivəsində 3–4-cü kurs bakalavr və magistr tələbələri üçün TEDx formatında görüşlər təşkil olunacaq. 🎓
Dekabrın 5-də keçiriləcək ilk görüşdə İnsan resursları departamentinin rəisi Cəmilə Xəlilova “İnsan resurslarının gələcəyi”, rəis müavini Fərid Hacıağabəyli isə “Metroda insan resursları, şəxsi inkişaf və karyera” mövzularında peşəkar təcrübələrini gənclərlə bölüşəcəklər.
Layihənin məqsədi tələbələrə peşəkar iş mühiti, praktik biliklər və sahənin gələcəyinə dair baxışlarla birbaşa tanış olmaq imkanı yaratmaqdır.✨
📎Görüşdə iştirak üçün hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
📅Son qeydiyyat tarixi: 30 noyabr 2026
📍Məkan: "Bakı Metropoliteni" QSC-nin inzibati binası
⏰Saat: 09:00
Qeyd: Tədbirin ödənişli olub-olmaması ilə bağlı məlumat sahibi deyilik

Tədbirlər
Tədbirin detalları
Tədbiri irəli çək
Daha çox iştirakçıya çat