Marketinq

Tech Talks: Proqramlaşdırma, Startup, AI və Texnologiyanın Gələcəyi | SumMeet Community

Tech Talks: Proqramlaşdırma, Startup, AI və Texnologiyanın Gələcəyi | SumMeet Community

🚀 Tech Talks: Proqramlaşdırma, Startup, AI və Texnologiyanın Gələcəyi | SumMeet Community

Bu gün proqramçı olmaq hələ də aktualdırmı? AI işimizi əlimizdən alacaq, yoxsa yeni imkanlar yaradacaq? Bəs texnologiya dünyasında uğurlu olmaq üçün nələri bilməliyik?

Texnologiya sürətlə dəyişir və bu dəyişikliklər həm karyera, həm də biznes dünyasında yeni suallar yaradır.

SumMeet Community olaraq bu dəfə klassik seminar formatından fərqli olaraq, texnologiyanın bu günü və gələcəyi haqqında birlikdə danışacağımız açıq müzakirə formatında meetup təşkil edirik.

Meetup zamanı müzakirə edəcəyimiz mövzular:

💻 Bu gün proqramçı olmaq nə dərəcədə aktualdır?

🇦🇿 Azərbaycanda hansı sahələrdə texnoloji həllər uğurlu ola bilər?

🛠️ Proqramlaşdırma öyrənərkən hansı dillərə, framework-lərə və alətlərə fokuslanmalıyıq?

🚀 Startup və ənənəvi biznes arasında hansı fərqlər var?

🤝 Yaxşı komanda oyunçusu olmaq, yoxsa yaxşı komandada işləmək daha vacibdir?

🔮 5 il sonra Full Stack Developer-dən hansı bacarıqlar tələb olunacaq?

🤖 Süni intellekt işimizi nə vaxt əlimizdən alacaq?

Bu meetupda sadəcə dinləyici olmayacaqsan! Öz fikirlərini bölüşə, suallar verə, fərqli yanaşmaları müzakirə edə və yeni insanlarla tanış ola biləcəksən.

İstər tələbə, istər developer, istərsə də startup həvəskarı ol — bu müzakirədə sənin də fikrin dəyərlidir.

Məqsədimiz hazır cavablar vermək deyil, birlikdə düşünmək, təcrübə paylaşmaq və yeni əlaqələr qurmaqdır.

Qeyd: Tədbirin ödənişli olub-olmaması barədə məlumat sahibi deyilik.

Tədbirlər
Tədbirlər

Tədbirin detalları

Tədbir növü:Digər
Ümumi yer sayı:-
Məkan:Sumgait Innovation HUB
Son qeydiyyat tarixi:06 Noyabr 2026
Tarix:07 Noyabr 2026
Saat:15:00 - 16:00
Ödənişsiz

Dostunla paylaş:

whatsapptelegram