Marketinq

Süni İntellekt üzrə I Gənclər Forumu 2025

Tədbirin vaxtı bitmişdir
Süni İntellekt üzrə I Gənclər Forumu 2025
Əziz GƏNC! 🤩 
 
🗣 Yeni fürsətlə qarşınızdayıq!

🚀 Süni İntellekt Etikası üzrə I Gənclər Forumu
 

 Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Bakı Dövlət Universiteti, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi - 4SİM, Dünya Azərbaycanlıları Gənclər Təşkilatı və Süni İntellekt Azərbaycan Platformasının birgə təşkilatçılığı ilə ilk dəfə olaraq Süni İntellekt Etikası üzrə Birinci Gənclər Forumu keçirilir!

💡 Forumda nələr olacaq?
– Süni intellektin etik tərəfləri ilə bağlı müzakirələr
– Ekspert çıxışları və panel sessiyalar
– Real təcrübələr, ideyaların paylaşımı və şəbəkələşmə imkanları
– Gələcəyin texnologiyasına fərqli baxış bucağı ilə yanaşmaq şansı

‼️ Qeyd: Bu forum Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin 2025-ci il 19 mart tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın müvafiq bəndlərinə əsasən həyata keçirilir.
 

Əgər süni intellektə marağınız var, etik dəyərləri önə çəkir və bu sahədə düşüncələrinizi bölüşmək istəyirsizsə – bu forum sizin üçündür!

📍 Tədbirin məkanı: Bakı Dövlət Universiteti

📅 Son müraciət tarixi: 30 avqust 2025-ci il

🧠 Gəl, texnologiyanı etik düşüncə ilə birləşdirək!

 

📩 Əlavə suallar üçün @sunintellekt.az Instagram səhifəsinə DM yaza bilərsən.

Work.az
Work.az

Karyera və inkişaf platforması

Tədbirin detalları

Tədbir növü:Forum
Ümumi yer sayı:-
Məkan:Bakı Dövlət Universiteti
Son qeydiyyat tarixi:30 Avqust 2025
Tarix:01 Sentyabr 2025
Saat:12:00 - 13:50
Ödənişsiz

Dostunla paylaş:

whatsapptelegram