Marketinq

Sizi 2026-cı ilin “PR və Kommunikasiyada Etik Süni İntellekt” adlı ilk və xüsusi hazırlanmış master-klassına dəvət edirik!
PR və kommunikasiya sahəsində süni intellektdən daha çox istifadə etdikcə məsuliyyətin dərk edilməsi zərurəti indi həmişəkindən daha aktualdır. Çünki süni intellektdən etik və şəffaf şəkildə istifadə etmək etibar və nüfuz üçün vacibdir. Son araşdırmalara görə, bu gün dünyada PR və kommunikasiya mütəxəssisləri süni intellektdən 2023-cü il ilə müqayisədə 3 dəfə çox istifadə edirlər.
Master-klass kimlər üçündür?
Master-klassda ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislər, media əlaqələr üzrə mütəxəssislər, jurnalistlər, sosial media menecerləri, marketinq kommunikasiyaları üzrə mütəxəssislər, redaktorlar, brend mütəxəssisləri, kontent menecerlər və, ümumiyyətlə, ictimaiyyət üçün mətn hazırlayan hər bir kəs iştirak edə bilər.
Master klassda əhatə olunacaq əsas mövzular:
Master klassa qoşulun və 2026-cı ilə süni intellektdən 1 addım öndə başlayın!
Tarix: 31 yanvar 2025, şənbə
Vaxt: 15:00 -17:00
Məkan: Caspian Plaza, Stimul (3-cü korpus, 10-cu mərtəbə)
Master klassa qatılanlara sertifikat veriləcək.
#EtikSüniİntellekt #PRVəSüniİntellekt #Kommunikasiya #PRMasterClass #Süniİntellekt
Qeyd: Təlimçi Günel Əhmədova Almaniyanın Leypziq Universiteti tərəfindən kommunikasiya peşəkarları üçün yeni yaradılmış “Süni Intellekt Savadlılığı Qiymətləndirməsi” (The AI Literacy Test for Communication Professionals) tərəfindən ən yüksək, ekspert səviyyəsində qiymətləndirilib.
Ümumilikdə təlimçi media və kommunikasiya, o cümlədən ictimaiyyətlə əlaqələr, media əlaqələr, strateji kommunikasiya, araşdırma, brend və marketinq kommunikasiyaları üzrə 25 ilə yaxın Azərbaycan şirkətlərində və Böyük Britaniyada əldə olunmuş peşəkar təcrübəyə malikdir. O, həmçinin Bakı Dövlət Universiteti və Azərbaycan Dillər Universitetində müvafiq sahələr üzrə ümumilikdə 6 ilə yaxın Azərbaycan, rus və ingilis dillərində mühazirələr deyir.
Tədbiri irəli çək
Daha çox iştirakçıya çat