İT
Kiber Düşərgə və “Gənclərin CTF Kuboku 2026”

Kiber Düşərgə və “Gənclərin CTF Kuboku 2026” tədbiri keçiriləcək!
27-30 noyabr 2026-cı il tarixlərində Quba şəhərində gənclərin kibertəhlükəsizlik sahəsində bilik və bacarıqlarını inkişaf və nümayiş etdirən Kiber Düşərgə (Cyber Camp) və “Gənclərin CTF Kuboku 2026” baş tutacaq.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin tərəfdaşlığı ilə baş tutacaq tədbirin əsas məqsədi gənclərin nəzəri bilik və praktiki bacarıqlarını inkişaf etdirmək, texniki potensiallarını üzə çıxarmaq və öz biliklərini nümayiş etdirəcək yarış keçirməkdir.
Tədbirdə ölkəmizin fərqli regionlarından olan yeniyetmə və gənclər, eləcə də AKTA-nın təşəbbüsü ilə ölkənin 22 ali təhsil müəssisəsində yaradılmış kiber klubların üzvləri və kibertəhlükəsizlik sahəsinə marağı olan və regionlarda təhsil alan gənclər iştirak edəcəklər.
Kiber Düşərgənin proqramı çərçivəsində AKTA ekspertləri tərəfindən kibertəhlükəsizliyin müxtəlif istiqamətləri üzrə təlimlər, ustad dərsləri və praktiki simulyasiyalar keçiriləcək, yekun mərhələdə isə iştirakçılar kiber (CTF “Capture The Flag”) yarışda bilik və bacarıqlarını sınayacaqlar. “Gənclərin CTF Kuboku” iştirakçıların praktiki təcrübəsinin artırılmasına, potensiallı mütəxəssislərin üzə çıxarılmasına və ölkə üzrə gənclər arasında əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək. Tədbirin əsas məqsədi ölkəmizin bütün regionlarından olan yeniyetmə və gəncləri diqqətdə saxlamaqla, onların texnoloji sahədə bilik və bacarıqlarını inkişaf etdirməkdir.
Kiber Düşərgə (Cyber Camp) və “Gənclərin CTF Kuboku 2026” tədbiri B&B Security Aliance Limited şirkətinin baş sponsorluğu, Techpro DC və Cyberpoint, eləcə də Huawei və Fortinet kimi nüfuzlu beynəlxalq İT şirkətlərin qızıl sponsorluğu, Millisec şirkətinin CTF tərəfdaşlığı və gümüş sponsorluğu və Yer.az şirkətinin Bulud tərəfdaşlığı ilə Quba İdman İstirahət Təlim və Tədris Kompleksində baş tutacaq.
Qeyd: Tədbirin ödənişli olub-olmaması ilə bağlı məlumat sahibi deyilik

Tədbirlər
Tədbirin detalları
Tədbiri irəli çək
Daha çox iştirakçıya çat