Təhsil və elm

"İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi"nin təşkilatçılığı ilə ilk dəfə “İKT Karyera Sərgisi” keçiriləcək!
Tədbir informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən dövlət və özəl sektor nümayəndələrini gənc mütəxəssislər və tələbələrlə bir araya gətirəcək. Sərginin əsas məqsədi gənclərin məşğulluq imkanlarını artırmaq, şirkətlərlə birbaşa əlaqə yaratmaq və İT sahəsində insan kapitalının inkişafına dəstək verməkdir.
İştirakçılar vakansiyalar, təcrübə proqramları və təlim imkanları ilə tanış olacaq, yerindəcə müsahibələrdə iştirak edib CV-lərini təqdim etmək imkanı qazanacaqlar.
Əlavə olaraq qeyd edək ki, təlimdə iştirak üçün qeydiyyatdan keçməyiniz mütləqdir.
