Marketinq

Gənclər və Biznes Sektorlarının Əməkdaşlıq Forumu”

Gənclər və Biznes Sektorlarının Əməkdaşlıq Forumu”

Gənclər və Biznes Sektorlarının Əməkdaşlıq Forumu” təşkil olunacaq!

Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən gənclər sektoru ilə özəl sektor arasında yeni əməkdaşlıq imkanlarının formalaşdırılması, institusional tərəfdaşlığın gücləndirilməsi və birgə təşəbbüslərin inkişafı məqsədilə “Gənclər və Biznes Sektorlarının Əməkdaşlıq Forumu” təşkil ediləcək.

Forum çərçivəsində gənclər və biznes təmsilçiləri arasında fikir və təcrübə mübadiləsi aparılacaq, gənclərin inkişafına xidmət edən birgə layihələrin və uzunmüddətli tərəfdaşlıq təşəbbüslərinin həyata keçirilməsi imkanları müzakirə olunacaq.

Eyni zamanda forumda gənclərin əmək bazarına inteqrasiyasını, peşəkar inkişafını və özəl sektorda məşğulluq imkanlarını dəstəkləyən “Gənc Kadr” proqramının təqdimatı da baş tutacaq.

📅 30 noyabr 2026-cı il
📍 Holiday Inn Baku

Gələcəyin uğurlu əməkdaşlıqları bu gün qurulan əlaqələrdən başlayır!

 

Qeyd: Tədbirin ödənişli olub-olmaması ilə bağlı məlumat sahibi deyilik

 

Tədbirlər
Tədbirlər

Tədbirin detalları

Tədbir növü:Forum
Ümumi yer sayı:-
Məkan:Holiday Inn Baku
Son qeydiyyat tarixi:29 Noyabr 2026
Tarix:30 Noyabr 2026
Saat:09:00 - 17:00
Ödənişsiz

Dostunla paylaş:

whatsapptelegram