İT

Bu görüşümüzdə işləyən kod ilə production-ready kod arasındakı əsas fərqlərdən danışacağıq. Müasir backend layihələrində təmiz arxitektura, təhlükəsizlik, testlər, loglama, monitorinq və kodun uzunmüddətli saxlanılması kimi vacib mövzuları real nümunələr üzərindən araşdıracağıq.
Qonağımız Mətləb Abbaszadə, EPAM Systems şirkətində Software Engineer və Team Lead olaraq fəaliyyət göstərir.
O, Java və Spring Boot texnologiyaları əsasında korporativ səviyyəli backend sistemlərinin hazırlanması, mikroservis arxitekturası, REST API-lər, təhlükəsizlik və cloud texnologiyaları sahəsində təcrübəyə malikdir. Komandaya texniki rəhbərlik etməklə yanaşı, proqram təminatının keyfiyyət standartları, clean code prinsipləri və production environmently ready tətbiqlərin hazırlanması istiqamətində fəaliyyət göstərir.
Bu təqdimatda aşağıdakı mövzular müzakirə olunacaq:
Təqdimat həm backend proqramlaşdırmaya yeni başlayanlar, həm də peşəkar inkişaf yolunda olan proqramçılar üçün nəzərdə tutulub. Məqsəd yalnız işləyən kod yazmağı deyil, real layihələrdə etibarlı, saxlanılması asan və istehsal mühitinə hazır proqram təminatının necə qurulduğunu praktiki yanaşma ilə göstərməkdir.
📅 18.07.2026
🕚 13:00
📍 Half Way Inn Sport Pub (28 may küçəsi)

Tədbiri irəli çək
Daha çox iştirakçıya çat