Marketinq

“Avropada işləmək istəyənlər üçün" Vebinar

“Avropada işləmək istəyənlər üçün" Vebinar

Avropada işləmək istəyənlər üçün: ödənişsiz vebinar

Qısa təsvir:

Avropada iş axtarışına haradan başlamalı, CV-ni necə hazırlamalı və hansı ölkədə hansı peşələrin tələb olunduğunu öyrənin. İştirak ödənişsizdir, iştirakçılara konsultasiyaya 10% endirim verilir.

Tarix və format

📅 Tarix: 19 noyabr 2026, cümə axşamı

🕒 Saat: 20:30 (Bakı vaxtı)

💻 Format: Onlayn, Google Meet

🎟️ İştirak: Ödənişsiz

🤝 Təşkilatçılar: Work.az və By Isa Zeynal

Tədbir haqqında

Avropada işləmək arzusu çoxlarında var, amma çoxu haradan başlayacağını bilmir. Hansı ölkəni seçməli? Hansı peşələrə daha çox tələbat var? CV necə yazılmalıdır ki, Avropalı işəgötürənin diqqətini çəksin? Müsahibədə nəyə diqqət edilir?

Work.az və By Isa Zeynal-ın birgə təşkil etdiyi bu ödənişsiz vebinarda karyera məsləhətçisi İsa Zeynal Avropada iş tapmaq üçün praktik yol xəritəsini paylaşacaq. Vebinarın sonunda iştirakçılar suallarını birbaşa spikerə verə biləcək.

Nələri öyrənəcəksiniz

1. İş axtarışına haradan başlamalı?

Avropada iş axtarışının ilk addımları, düzgün platformalar və effektiv axtarış strategiyası.

2. Avropa standartında CV və LinkedIn

Avropalı işəgötürənlərin gözlədiyi CV formatı və diqqət çəkən LinkedIn profili.

3. Müsahibədə uğurun sirləri

Beynəlxalq şirkətlərdə müsahibəyə necə hazırlaşmalı və ən çox verilən suallara necə cavab verməli.

4. Hansı ölkədə hansı peşə lazımdır?

Müxtəlif Avropa ölkələrində müxtəlif sahələr üzrə tələblər və hansı peşələrə daha çox tələbat olduğu.

🎁 İştirakçılara xüsusi təklif

Vebinara qoşulan bütün iştirakçılar By Isa Zeynal-ın Avropada iş üzrə fərdi konsultasiyasına 10% endirim əldə edəcək. Endirimdən necə yararlanacağınız barədə məlumat vebinar zamanı paylaşılacaq.

 

Spiker haqqında

 

İsa Zeynal karyera məsləhətçisidir. By Isa Zeynal platformasının qurucusudur. Namizədlərə beynəlxalq karyera qurmaqda dəstək olur: CV və LinkedIn-in hazırlanması, müsahibəyə hazırlıq və xaricdə iş axtarışı üzrə fərdi məsləhətlər verir.

🌐 www.byisazeynal.com

 

Kimlər üçündür

Avropada işləməyi planlaşdıranlar

Xaricdə karyera qurmaq istəyən gənc mütəxəssislər və məzunlar

CV-sini və LinkedIn profilini beynəlxalq standarta uyğunlaşdırmaq istəyənlər

Hansı ölkəni seçəcəyinə hələ qərar verməyənlər

 

Qeydiyyat

İştirak ödənişsizdir, amma qeydiyyat tələb olunur. Qeydiyyatdan keçənlərə Google Meet linki tədbirdən əvvəl e-poçtla göndəriləcək.

Tədbirlər
Tədbirlər

Tədbirin detalları

Tədbir növü:Vebinar
Ümumi yer sayı:-
Məkan:Google Meet
Son qeydiyyat tarixi:18 Noyabr 2026
Tarix:19 Noyabr 2026
Saat:20:30 - 21:30
Ödənişsiz

Dostunla paylaş:

whatsapptelegram