Marketinq

17–20 iyun tarixlərində Bakı Ekspo Mərkəzi-ndə 7-ci dəfə “Yerli Şirkətlərin Tanıtım Sərgisi” keçiriləcək.
Marsol Group və KOBİA-nın təşkilatçılığı, Birbank Biznes-in rəsmi tərəfdaşlığı ilə baş tutacaq sərgi yerli sahibkarlığın inkişafı, biznes əlaqələrinin genişləndirilməsi və Azərbaycan brendlərinin daha geniş auditoriyaya tanıdılması baxımından mühüm platforma hesab olunur.
Dörd gün davam edəcək sərgi çərçivəsində 300-dən çox yerli şirkət öz məhsul və xidmətlərini təqdim edəcək. İnşaat, sənaye, qida, kənd təsərrüfatı, logistika, tekstil, İKT, təhsil və digər sahələri əhatə edən şirkətlər ziyarətçilərlə bir araya gələcək, yeni əməkdaşlıqlar və tərəfdaşlıqlar üçün imkanlar yaradılacaq.
Qeyd edək ki, ötən il keçirilən 6-cı “Yerli Şirkətlərin Tanıtım Sərgisi” 32 108 ziyarətçi qəbul edib. Bu il sərgiyə minlərlə sahibkarın, şirkət nümayəndəsinin və işgüzar ziyarətçinin qatılması gözlənilir.
Sərginin açılış mərasimində dövlət qurumlarının nümayəndələri, rəsmi şəxslər, sahibkarlar və biznes ictimaiyyətinin tanınmış simaları iştirak edəcəklər.
“Yerli Şirkətlərin Tanıtım Sərgisi” yerli bizneslərin potensialının nümayiş etdirilməsi, yeni bazarlara çıxış imkanlarının artırılması və şirkətlər arasında faydalı əməkdaşlıq əlaqələrinin qurulmasına xidmət edir.
Sərgi ziyarətçilər üçün isə yeni brendlərlə tanış olmaq, müxtəlif məhsul və xidmətləri bir məkanda kəşf etmək, kampaniya və yeniliklərdən faydalanmaq, eləcə də yerli sahibkarlarla birbaşa ünsiyyət qurmaq üçün unikal imkan yaradacaq.
📍 Ünvan: Bakı Ekspo Mərkəzi
🕙 Saat: 10:00 – 18:00
Əlaqə: 050 228 64 31; *0555
🌐www.marsolexpo.az

Tədbiri irəli çək
Daha çox iştirakçıya çat