Tələbələr üçün əla fürsət: Coca-Cola İçecek "One Idea" müsabiqəsini elan edir!
Biz gənc və yenilikçi istedadların böyük ideyalar yaratma potensialına inanırıq.
Tələbələr, "Anadolu Group" dəstəyi ilə keçiriləcək bu müsabiqədə iştirak edərək, ideyalarını təqdim edəcək, layihə idarəetməsi bacarıqlarını inkişaf etdirib, şirkətimiz və eləcə də liderlərimizlə daha yaxından tanış olmaq imkanı qazanacaqlar.
Yarımfinal qalibləri İyul ayında keçiriləcək 3 günlük "İnnovation Bootcamp"-da iştirak edəcəklər. Onlardan "Layihə İdarəetməsi" (Project Management) üzrə təlimlərə qatılması, Kouçinq və Mentorluq dəstəyi ilə ideyanın inkişafı və ayrılmış pul vəsaiti vasitəsilə Prototipin hazırlanması gözlənilir.
Oktyabr ayında keçiriləcək Finalda seçilən 3 qalib isə pul mükafatı əldə edəcəkdir. Əlavə olaraq, 1-ci yer Türkiyəyə “Anadolu Group” şirkətinə Noyabr ayında səfər edəcək.
“One Idea” çərçivəsində təqdim olunan layihələr şirkətin biznes istiqamətləri ilə əlaqəli olmalıdır: CCI (Coca-Cola İçecek) məhsulları və İnnovasiyalar, Təchizat Sistemləri, İstehsalat, Satış, Logistika, İnsan Resursları, Maliyyə, Ətraf mühit, Rəqəmsallaşma və Texnologiyalar.
Layihənin bütün mərhələləri İngilis dilində keçiriləcək.
Qeydiyyatdan keçmək üçün posterdə olan QR kodu skan edin və ya linkə keçid edərək formı doldurun - https://vrk.az/R6bLlWaR
Müraciət üçün son tarix : 31 Mart 2026


Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.