İş elanlarına keç
Tədbirlərə keç
Şahbulaq Mining MMC 2022-ci ildə Azərbaycan Biznesinin İnkişaf Fondu ABİF və Star Mining MMC-nin birgə təşəbbüsü ilə təsis edilmiş, 02 dekabr 2022-ci il tarixində dövlət qeydiyyatına alınmışdır.
Şirkətin əsas fəaliyyət istiqamətləri mişar daşı və sement istehsalını əhatə edir. Müasir texnologiyalar və yüksək keyfiyyət standartları əsasında istehsal olunan məhsullar ölkənin tikinti sektorunun tələbatının qarşılanmasına xidmət edir.
2024-cü ildən etibarən şirkət tərəfindən Xocalı rayon Əskəran yolu ərazisində "AzCement" markası altında müxtəlif növ sement məhsullarının istehsalına başlanılmışdır. İstehsal prosesində keyfiyyət, əməyin mühafizəsi, ekoloji təhlükəsizlik və dayanıqlı inkişaf prinsipləri əsas prioritetlər kimi qəbul edilir.
Şahbulaq Mining MMC regionun sənaye potensialının inkişafına, yeni iş yerlərinin yaradılmasına və ölkənin tikinti materialları bazarının gücləndirilməsinə mühüm töhfə verir.