
“Araz” əhalini yüksək keyfiyyətli, sərfəli qiymətlə qida və qeyri-qida məhsulları ilə fasiləsiz təmin edən ən böyük pərakəndə satış şəbəkələrindən biridir. Müştərilərin məmnuniyyətini və rəğbətini qazanaraq sürətli inkişaf yolunu seçən “Araz” supermarketlər şəbəkəsi “Siz harada, “Araz” orada" şüarı ilə 2011-ci ildə 4 filialla xidmətə başlayıb.
Bütün Azərbaycanı əhatə etməyi hədəfləyən “Araz” supermarketlər şəbəkəsinin Bakı, Sumqayıt, Xırdalan şəhərləri, eləcə də Ağcəbədi, Bərdə, Beyləqan, Daşkəsən, Gəncə, Goranboy, İmişli, Qəbələ, Quba, Lənkəran, Mingəçevir, Saatlı, Şabran, Şamaxı, Şəki, Siyəzən, Tovuz, Ucar, Yevlax, Zaqatala, Balakən, Naxçıvan şəhəri, Culfa, Şərur, həmçinin doğma Qarabağımızda - Şuşa, Laçın, Xankəndi, Kəlbəcər, Xocavənd, Ağdam şəhərlərində 400-ə yaxın filialı var.
Peşəkar insan resurslarına malik olan “Araz” supermarketlər şəbəkəsi 12 000-dən artıq əməkdaşı ilə (onlardan 9.000-dən çoxu mağazalar üzrə fəaliyyət göstərir) müştərilərinə keyfiyyətli xidmət göstərməyə davam edir və günü-gündən öz əhatə dairəsini genişləndirir.
İş elanlarına keç
Tədbirlərə keç