Peşəkar inkişaf üçün onlayn kurslar
“Work Academy” sənə real təcrübəyə malik peşəkarlar tərəfindən hazırlanmış onlayn kurslar təqdim edir. Bu kurslar “self-study” üçün çəkilib və istədiyin vaxt, istədiyin yerdə izləyə bilərsən.
Ətraflı məlumat
Work.az Academy – Karyeranı Gücləndirən Online Kurslar
Work.az Academy – Azərbaycanın iş və karyera platforması olan Work.az-ın təqdim etdiyi online tədris bölməsidir. Burada istifadəçilər müxtəlif sahələr üzrə peşəkar biliklər əldə edə, online kurslar vasitəsilə özlərini inkişaf etdirə bilərlər. Məqsədimiz təkcə iş elanları təqdim etmək yox, eyni zamanda istifadəçilərin öz sahələrində bilikli və rəqabətə davamlı peşəkarlar olmasına kömək etməkdir.
Burada təqdim olunan online təlimlər, həm yeni başlayanlar, həm də təcrübəli şəxslər üçün nəzərdə tutulub. Kurslar əsasən aşağıdakı sahələri əhatə edir:
Rəqəmsal marketinq,
Dizayn (UX/UI, Grafik dizayn),
Proqramlaşdırma (Python, Java, Web Development),
Data Analitika və Excel bacarıqları,
Satış və HR üzrə biliklər,
Süni intellektdən istifadə,
Freelancer kimi işləmək üçün təlimlər
İstifadəçilər kursu tamamladıqda sertifikat əldə edir və bu sertifikatı öz CV-lərinə əlavə edə, ya da Work.az profilində göstərə bilirlər. Kursların məqsədi real bacarıq qazandırmaq və dərhal tətbiq edilə bilən bilikləri öyrətməkdir.